https://sputnik.az/20241115/tarixde-bu-gun-15-noyabr--foto-468761997.html
Tarixdə bu gün: 15 noyabr – FOTO
Tarixdə bu gün: 15 noyabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 15.11.2024, Sputnik Azərbaycan
2024-11-15T08:00+0400
2024-11-15T08:00+0400
2024-11-15T08:00+0400
noyabr
cəmiyyət
tarixdə bu gün
moskva
referendum
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182753_42:0:1158:628_1920x0_80_0_0_811eb727b0cf1d748abc0aed31ab7272.jpg
BAKI, 15 noyabr — Sputnik. Noyabrın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Noyabrın 15-də kimlər anadan olub? Xumar Zülfüqarova (1927-2017) - Azərbaycan SSR xalq artisti, rəqqasə və xoreoqrafdır. O, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının baletmeysteri olub. İohann Kaspar Lafater (1741-1801) - İsveçrə yazıçısı, ilahiyyatçısı və şairidir. Gerhard Hauptmann (1862-1946) - alman dramaturqudur. O, dramaturgiya sahəsinə verdiyi böyük töhfəyə görə "Nobel" mükafatı laureatıdır. Onun ən məşhur əsərləri: "Həmkar Krampton" komediyası, "Toxucular" və "Günəşin qürubundan əvvəl" pyesləridir. Mixail Yakuşin (1910-1999) - Rusiya futbolçusu, xokkeyçisi və futbol üzrə məşqçidir. O, Komandanın tərkibində Moskvanın, SSRİ-nin, SSRİ kubokunun çempionu olub. 1936 və 1950-ci il mövsümlərinin 22 ən yaxşı xokkeyçisi siyahısına daxil edilib. Roberto Kavalli (1940) - məşhur İtaliya modelyeridir. Onun "Roberto Cavalli" moda evi dəbdəbəli geyim, ətir və dəri aksesuarları satır. Viktoriya Odintsova (1993) - Rusiya modeli və blogeridir. 15 noyabr tarixində dünyada baş verən tarixi hadisələr 1815-ci ildə Rusiyanın ilk "Yelizaveta" paroxodu Sankt-Peterburqdan Kronştadta yola düşüb. 1904-cü ildə ABŞ-da amerikalı Kinq Kemp Jillett ülgüc üçün patent alıb. 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk ali təhsil müəssisəsində - Bakı Dövlət Universitetində dərslər başlayıb. Onun nizamnaməsi 1919-cu il sentyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsdiq edilib. 1933-cü ildə Moskvada ilk dəfə trolleybuslar fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə əlaqədar referendumun keçirilməsi haqqında qərar qəbul edilib. Referendum 1991-ci il dekabrın 29-da keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182753_182:0:1019:628_1920x0_80_0_0_cb02ad66eee582860c08ba35c5423440.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
noyabr, tarixdə bu gün , moskva, referendum
noyabr, tarixdə bu gün , moskva, referendum
Tarixdə bu gün: 15 noyabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 noyabr — Sputnik. Noyabrın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 15-də kimlər anadan olub?
Xumar Zülfüqarova (1927-2017) - Azərbaycan SSR xalq artisti, rəqqasə və xoreoqrafdır. O, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının baletmeysteri olub.
İohann Kaspar Lafater (1741-1801) - İsveçrə yazıçısı, ilahiyyatçısı və şairidir.
Gerhard Hauptmann (1862-1946) - alman dramaturqudur. O, dramaturgiya sahəsinə verdiyi böyük töhfəyə görə "Nobel" mükafatı laureatıdır. Onun ən məşhur əsərləri: "Həmkar Krampton" komediyası, "Toxucular" və "Günəşin qürubundan əvvəl" pyesləridir.
Mixail Yakuşin (1910-1999) - Rusiya futbolçusu, xokkeyçisi və futbol üzrə məşqçidir. O, Komandanın tərkibində Moskvanın, SSRİ-nin, SSRİ kubokunun çempionu olub. 1936 və 1950-ci il mövsümlərinin 22 ən yaxşı xokkeyçisi siyahısına daxil edilib.
Roberto Kavalli (1940) - məşhur İtaliya modelyeridir. Onun "Roberto Cavalli" moda evi dəbdəbəli geyim, ətir və dəri aksesuarları satır.
Viktoriya Odintsova (1993) - Rusiya modeli və blogeridir.
15 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1815-ci ildə Rusiyanın ilk "Yelizaveta" paroxodu Sankt-Peterburqdan Kronştadta yola düşüb.
1904-cü ildə ABŞ-da amerikalı Kinq Kemp Jillett ülgüc üçün patent alıb.
1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk ali təhsil müəssisəsində - Bakı Dövlət Universitetində dərslər başlayıb. Onun nizamnaməsi 1919-cu il sentyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsdiq edilib.
1933-cü ildə Moskvada ilk dəfə trolleybuslar fəaliyyətə başlayıb.
1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə əlaqədar referendumun keçirilməsi haqqında qərar qəbul edilib. Referendum 1991-ci il dekabrın 29-da keçirilib.