Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Rusiyada qeyri-qanuni ağac kəsimi son 5 ildə 4 dəfə azalıb - Baş prokuror

© Photo : The Prosecutor General's Office of the Russian FederationRusiya Federasiyasının baş prokuroru İqor Krasnov
Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Abunə olmaq
Rusiyanın Baş prokuroru bildirib ki, meşə yanğınlarının qarşısının alınması və onlarla mübarizə sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş dəyişikliklərin təşəbbüskarı olublar.
BAKI, 15 noyabr — Sputnik. Rusiyada qeyri-qanuni ağac kəsimi son 5 ildə 4 dəfə azalıb və cinayət işlərinin istintaqı çərçivəsində cinayətkarlardan 9 milyard rubldan çox vəsait götürülüb. Bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinin plenar iclasında çıxışında bildirib.

"Əldə olunmuş vəsait dəymiş ziyana görə, təqribən 92 milyon dollar kompensasiya deməkdir", - Krasnov bildirib.

Baş prokuror həmçinin bildirib ki, Rusiya prokurorları meşə yanğınlarının qarşısının alınması və onlarla mübarizə sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş federal qanunvericiliyə və digər normativ aktlara dəyişikliklərin təşəbbüskarı olublar.

"Təbii yanğınlara cavab vermək üçün qüvvə və vasitələrin hazırlığının müntəzəm yoxlanılması ilə birlikdə bütün bunlar ilk 24 saat ərzində 10 meşə yanğınından 8-nin aradan qaldırılmasına kömək edib", - Baş Prokuror bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0