Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçid İqor Krasnov, arxiv
 İqor Krasnov, arxiv - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Abunə olmaq
RF nümayəndə heyətinin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.
BAKI, 15 noyabr — Sputnik. Rusiyanın baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Səfər çərçivəsində İ.Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qurumdan bildirilib ki, bu il iqlim sammitində hüquq-mühafizə ictimaiyyətinin iştirakı Azərbaycan Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi tərəfindən və BƏƏ Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə təşkil edilib.
Heyətin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0