https://sputnik.az/20241115/rusiya-ekoloji-gundemdeki-meselelerle-bagli-dialoqa-aciqdir---qor-krasnov-468779662.html
Rusiya ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır - İqor Krasnov
Rusiya ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır - İqor Krasnov
Sputnik Azərbaycan
Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir. 15.11.2024, Sputnik Azərbaycan
2024-11-15T12:44+0400
2024-11-15T12:44+0400
2024-11-15T13:15+0400
rusiya
cop29
baş prokurorluq
cop29
cinayətkar
siyasi
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0f/468780945_0:0:1280:721_1920x0_80_0_0_04aeb22a1ef1d53aa4f905c2356f180f.jpg
BAKI, 15 noyabr — Sputnik. Rusiya və Azərbaycanın baş prokurorları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İştirakçı Dövlətlər Konfransının 29-cu sessiyasının yüksək səviyyəli plenar iclasında iştirak edirlər. Plenar iclasda Rusyanın baş prokuroru İqor Krasnov çıxış edib. Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir. Tədbirdə qeyri-qanuni ağac kəsimi, heyvan alveri, dənizin çirklənməsi kimi ətraf mühitə təsir göstərən cinayətlərlə, həmçinin faydalı qazıntılar, tullantılar və balıqçılıq sektorlarında cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyi vurğulanacaq. Hüquq-mühafizə orqanlarının karbon tullantılarını azaltmaq üçün innovativ yanaşmalar da araşdırılır. Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi, Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini - Daxili İşlər Naziri, BMT Baş Katibinin Sülhməramlı Əməliyyatlar Departamentinin Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi, Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Naziri, Keniya Prokurorluq Xidmətlərinin direktoru, Braziliya Baş Prokurorunun müavini, Beynəlxalq Polis Təşkilatının (INTERPOL) prezidenti də iştirak edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0f/468780945_112:0:1249:853_1920x0_80_0_0_8dcbcd3c1cb93f5aee9adde93412cd77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
rusiya, baş prokurorluq, cop29, cinayətkar, siyasi
rusiya, baş prokurorluq, cop29, cinayətkar, siyasi
Rusiya ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır - İqor Krasnov
12:44 15.11.2024 (Yenilənib: 13:15 15.11.2024) Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir.
BAKI, 15 noyabr — Sputnik. Rusiya və Azərbaycanın baş prokurorları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İştirakçı Dövlətlər Konfransının 29-cu sessiyasının yüksək səviyyəli plenar iclasında iştirak edirlər. Plenar iclasda Rusyanın baş prokuroru İqor Krasnov çıxış edib.
"Biz Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla Xəzər dənizinin çirklənməsi və quruması problemlərini həll etmək, bu sahədə cinayətkarlıqla mübarizə aparmaq üçün Çin və Monqolustan prokurorluqları ilə birgə proqramlar işləyirik Ətraf mühitin rasional idarə olunması ilə yanaşı, Rusiya tərəfi iqlim dəyişikliyinə uyğunlaşmaq və antropogen təsirləri yumşaltmaq üçün tədbirlər görür. Belə ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2019-cu ildən ölkəmizdə karbon qazı və zərərli qazların atmosferə atılmasının azaldılmasına yönəlmiş "Təmiz hava" federal layihəsi həyata keçirilir", - Rusiya Fedrasiyasının baş prokuroru bildirib.
Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir.
"Mənim rəhbərlik etdiyim qurum bütün dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin sözləri həmişəkindən daha aktualdır: "Dünya quruculuq sayəsində yaşayır və inkişaf edir", - Krasnov fikirlərini yekunlaşdırıb.
Tədbirdə qeyri-qanuni ağac kəsimi, heyvan alveri, dənizin çirklənməsi kimi ətraf mühitə təsir göstərən cinayətlərlə, həmçinin faydalı qazıntılar, tullantılar və balıqçılıq sektorlarında cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyi vurğulanacaq. Hüquq-mühafizə orqanlarının karbon tullantılarını azaltmaq üçün innovativ yanaşmalar da araşdırılır.
Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi, Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini - Daxili İşlər Naziri, BMT Baş Katibinin Sülhməramlı Əməliyyatlar Departamentinin Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi, Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Naziri, Keniya Prokurorluq Xidmətlərinin direktoru, Braziliya Baş Prokurorunun müavini, Beynəlxalq Polis Təşkilatının (INTERPOL) prezidenti də iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.