CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkələrin yaşıl iqtisadi inkişaf göstəricilərinin əks olunacağı portal təqdim edildi

© iStock.com / AvigatorPhotographerMeşə, arxiv
Meşə, arxiv - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Abunə olmaq
İqtisadiyyat Nazirliyinin şöbə müdiri bildirib ki, "Yaşıl artım portalı" bu qlobal əhəmiyyət kəsb edən layihədir.
BAKI, 15 noyabr — Sputnik. Bu gün İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Yaşıl artım portalı" portalı barədə jurnalistlərə məlumat verib.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri bildirib ki, "Yaşıl artım portalı" bu qlobal əhəmiyyət kəsb edən layihədir:

"Bu kompleks iqtisadi mürəkkəblik portalının yaşıl variantı olarq ərsəyə gətirilib. Bu protalda 120-dən çox ölkənin yaşıl iqtisadi inkişaf göstəricilərinin əks olunması nəzərdə tutulub. Bu göstəricilər yaşıl təchizat zəncirinin formalaşdırılması, qlobal de-korbanizasiya prosesinə töhfə verəcək məlumatlara əlçatanlığın təmin olunması, iqlim maliyyəsi və dəyişikliyə ilə mübarizə ilə bağlı məlumatların əks olunması nəzərdə tutulub".

Onun sözlərinə görə, sözügedən portal Azərbaycan hökumətinin maliyyəsi hesabına ərsəyə gəlib:
"Azərbaycanın qlobal karbonlaşmada payı 0,3 faiz olmasına baxmayaraq bu portal Azərbaycan tərəfindən maliyyələşdirilib. Portal 2025-ci ilin mart ayına kimi qlobal istifadəçilər üçün daha təkmil şəkildə istifadəyə açıq olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0