Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azad ticarət və investisiya artımı: Aİİ və BƏƏ razılaşma haqqında razılığa gəliblər

© Sputnik / Владислав Воднев / Mediabanka keçidAİİ bayrağı, arxiv
Aİİ bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Abunə olmaq
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk danışıqların gedişini şərh edərkən, son vaxtlar Aİİ və BƏƏ, eləcə də İndoneziya ilə azad ticarət zonası üzrə müntəzəm dialoqun keçirildiyini qeyd edib. O, danışıqların hələ də davam etdiyini vurğulayıb.
BAKI, 15 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ticarət və investisiya sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bunu BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd əz-Zeyudi bildirib.
Dubayda keçirilən "İmkanlar dünyası" forumunun açılış mərasimində nazir bu ilin sentyabrında Moskvada Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnyov ilə danışıqlar apardığını xatırladıb.
Onun sözlərinə görə, tərəflər ticarətin intensivləşdirilməsi, investisiyaların artırılması barədə razılığa gəliblər və hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyiblər.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk danışıqların gedişini şərh edərkən, Aİİ və BƏƏ, eləcə də İndoneziya arasında azad ticarət zonası üzrə müntəzəm dialoqun son vaxtlar keçirildiyini qeyd edib. Lakin o, vurğulayıb ki, danışıqlar hələ də davam edir.

"Bilirsiniz ki, mən həmişə son tarixi söyləməkdən çəkinirəm" - o, müzakirələri tamamlamaq üçün vaxt çərçivəsi ilə bağlı sualı cavablandırarkən əlavə edib.

Aİİ 2015-ci il yanvarın 1-dən qüvvədə olan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0