https://sputnik.az/20241115/abdulatipov-simal-cenub-bnd-haqqinda-azerbaycan-dagistanla-logistikani-inkisaf-etdirir-468775159.html
Abdulatipov "Şimal-Cənub" BND haqqında: Azərbaycan Dağıstanla logistikanı inkişaf etdirir
Abdulatipov "Şimal-Cənub" BND haqqında: Azərbaycan Dağıstanla logistikanı inkişaf etdirir
Sputnik Azərbaycan
Dağıstanın keçmiş rəhbəri qeyd edib ki, Şimal-Cənub dəhlizi bu gün diqqət mərkəzindədir, çünki bu dəhliz Süveyş kanalı ilə müqayisədə daşıma müddətini iki dəfə... 15.11.2024, Sputnik Azərbaycan
2024-11-15T12:54+0400
2024-11-15T12:54+0400
2024-11-15T12:55+0400
dağıstan
iqtisadiyyat
şimal-cənub tranzit dəhlizi
rusiya
azərbaycan
milyard
avro
süveyş kanalı
yük daşıma
marşrut
https://cdnn1.img.sputnik.az/img/41213/33/412133355_0:0:3074:1730_1920x0_80_0_0_868b91d79e4b82d53113b43563b7cd48.jpg
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan lap əvvəldən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) inkişafında Rusiyanın əsas tərəfdaşlarından biri olub. Bunu "Şimal-Cənub" Xəzər Beynəlxalq İnteqrasiya Klubunun sədri, Dağıstan Respublikasının keçmiş rəhbəri Ramazan Abdulatipov "Sputnik Azərbaycan"a müsahibəsondə söyləyib. Dağıstan Respublikasının keçmiş rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Azərbaycan və Dağıstan sərhədində logistik mərkəzlərin yaradılmasının vacibliyini qeyd edib.O, bu istiqamətdə işlərin çox fəal şəkildə aparıldığını və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu məsələni daim diqqətdə saxladığını vurğulayıb ki, bu da Bakının "Şimal-Cənub" BND-nin səmərəliliyinin artırılmasında maraqlı olduğunu təsdiq edir. Abdulatipovun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi bu gün diqqət mərkəzindədir, çünki bu dəhliz, Süveyş kanalı ilə müqayisədə daşıma müddətini iki dəfə azaltmağa imkan yaradır. Lakin yüklərin rəsmiləşdirilməsi çox uzun çəkərsə, o zaman BND-nin üstünlüyü itir. O, həmçinin BND-nin iştirakçısı olan ölkələrin gömrük strukturları arasında qarşılıqlı əlaqənin yaradılmasının vacibliyini vurğulayıb. "Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) multimodal marşrutdur, uzunluğu 7,2 min km-dir. Bura üç marşrut daxildir: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan ərazisindən keçir) və şərq (Qazaxıstan və Türkmənistan ərazisindən keçir) quru yolu. Rusiya və İran 2023-cü ilin mayında qərb "Şimal-Cənub" marşrutu üzrə, Rəştdən İranın Astarasına dəmir yolunun son zəruri hissəsinin tamamlanması haqqında saziş imzalayıblar. Dəyəri 1,6 milyard avro olan layihənin 1,3 milyard avrosu Rusiya krediti, qalan vəsait isə İran tərəfindən maliyyələşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
süveyş kanalı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41213/33/412133355_172:0:2903:2048_1920x0_80_0_0_1e1e13fdc23375372f5ba0886d91e591.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
dağıstan, şimal-cənub tranzit dəhlizi, rusiya, azərbaycan, milyard, avro, süveyş kanalı, yük daşıma, marşrut
dağıstan, şimal-cənub tranzit dəhlizi, rusiya, azərbaycan, milyard, avro, süveyş kanalı, yük daşıma, marşrut
Abdulatipov "Şimal-Cənub" BND haqqında: Azərbaycan Dağıstanla logistikanı inkişaf etdirir
12:54 15.11.2024 (Yenilənib: 12:55 15.11.2024) Dağıstanın keçmiş rəhbəri qeyd edib ki, Şimal-Cənub dəhlizi bu gün diqqət mərkəzindədir, çünki bu dəhliz Süveyş kanalı ilə müqayisədə daşıma müddətini iki dəfə azaltmağa imkan verir.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan lap əvvəldən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) inkişafında Rusiyanın əsas tərəfdaşlarından biri olub.
Bunu "Şimal-Cənub" Xəzər Beynəlxalq İnteqrasiya Klubunun sədri, Dağıstan Respublikasının keçmiş rəhbəri Ramazan Abdulatipov "Sputnik Azərbaycan"a müsahibəsondə söyləyib.
"Azərbaycan bu layihəyə sərmayə yatırıb və İranla qarşılıqlı fəaliyyət də daxil olmaqla, onun inkişafı üçün çox səy göstərir", - Abdulatipov bildirib.
Dağıstan Respublikasının keçmiş rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Azərbaycan və Dağıstan sərhədində logistik mərkəzlərin yaradılmasının vacibliyini qeyd edib.
O, bu istiqamətdə işlərin çox fəal şəkildə aparıldığını və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu məsələni daim diqqətdə saxladığını vurğulayıb ki, bu da Bakının "Şimal-Cənub" BND-nin səmərəliliyinin artırılmasında maraqlı olduğunu təsdiq edir.
"Vaxtilə mən Dağıstan Respublikasının rəhbəri olanda biz İran və Azərbaycanla birlikdə "yaşıl dəhliz" haqqında saziş imzalamışdıq. Bunun sayəsində heyvandarlıq məhsullarının, məsələn, mal ətinin tədarük müddəti Dağıstandan İrana 17 gündən 3 günə endirilib", - Abdulatipov qeyd edib.
Abdulatipovun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi bu gün diqqət mərkəzindədir, çünki bu dəhliz, Süveyş kanalı ilə müqayisədə daşıma müddətini iki dəfə azaltmağa imkan yaradır. Lakin yüklərin rəsmiləşdirilməsi çox uzun çəkərsə, o zaman BND-nin üstünlüyü itir.
O, həmçinin BND-nin iştirakçısı olan ölkələrin gömrük strukturları arasında qarşılıqlı əlaqənin yaradılmasının vacibliyini vurğulayıb.
"Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) multimodal marşrutdur, uzunluğu 7,2 min km-dir. Bura üç marşrut daxildir: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), eləcə də qərb (Azərbaycan ərazisindən keçir) və şərq (Qazaxıstan və Türkmənistan ərazisindən keçir) quru yolu.
Rusiya və İran 2023-cü ilin mayında qərb "Şimal-Cənub" marşrutu üzrə, Rəştdən İranın Astarasına dəmir yolunun son zəruri hissəsinin tamamlanması haqqında saziş imzalayıblar. Dəyəri 1,6 milyard avro olan layihənin 1,3 milyard avrosu Rusiya krediti, qalan vəsait isə İran tərəfindən maliyyələşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.