https://sputnik.az/20241114/tarixde-bu-gun-14-noyabr--foto-468741399.html
Tarixdə bu gün: 14 noyabr – FOTO
Tarixdə bu gün: 14 noyabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T08:00+0400
2024-11-14T08:00+0400
2024-11-14T08:00+0400
cəmiyyət
rafiq əliyev
sergey lazarev
kərim kərimov
lolita milyavskaya
tarixdə bu gün
noyabr
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182786_42:0:1158:628_1920x0_80_0_0_f526ce34929eab994936d98ff7750baf.jpg
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Noyabrın 14-də kimlər anadan olub? Kərim Kərimov (1917-2003) – azərbaycanlı alim və mühəndis, artilleriya general-leytenantıdır. O, kosmosun tədqiqinə mühüm töhfə vermiş sovet kosmik proqramının yaradıcılarından biridir. 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub. Rafiq Əliyev (1949-2020) - Azərbaycanın xalq artista və teatr rejissorudur. O, 20-dən çox bədii filmdə rol alıb. Mixail Lazarev (1788-1851) - Rusiya tədqiqatçısı və admiralıdır. O, Antarktidanı kəşf edənlərdən biridir. Klod Mone (1840-1926) - Fransa rəssamı və impressionizmin banilərindən biridir. III Karl (1948) – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralıdır. Onun tam adı Çarlz Filipp Arturdur. O, Kraliça II Elizabetin oğludur. Kondoliza Rays (1954) - Amerika dövlət xadimi, ABŞ-ın 66-cı dövlət katibidir (2005-2009). O, bu vəzifədə olan ilk qaradərili qadındır. Lolita Milyavskaya (1963) - rusiyalı pop müğənni, aktrisa, teleaparıcı və rejissordur. Coş Duhamel (1972) - amerikalı aktyor və modeldir. O, "Hamısı mənim uşaqlarımdır" və "Las Veqas" seriallarındakı rolları ilə yanaşı, "Bir zamanlar Romada", "Həyat olduğu kimi" və s. filmlərindəki baş rollarla tanınır. 14 noyabr tarixində dünyada baş verən tarixi hadisələr 1900-cü ildə Fransa Senatı qadınların vəkillikdə işləmək icazəsini təsdiqləyib. 1901-ci ildə Vyana həkimi Karl Landştayner bütün qan nümunələrini üç qrupa ayırıb: A, B və 0. 1903-cü ildə Hollandiya elektrokardioqrafın ixtirası barədə məlumat verilib. 1936-cı ildə SSRİ-də Hidrometeorologiya Xidməti yaradılıb. 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Ümumdünya Diabetlə Mübarizə Günü təsis edilib. 1994-cü ildə Paris və London arasında La Manş tuneli vasitəsilə nəqliyyat yolu açılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182786_182:0:1019:628_1920x0_80_0_0_99f950281291c0a82b800d2515c866ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rafiq əliyev, sergey lazarev, kərim kərimov, lolita milyavskaya, tarixdə bu gün , noyabr
rafiq əliyev, sergey lazarev, kərim kərimov, lolita milyavskaya, tarixdə bu gün , noyabr
Tarixdə bu gün: 14 noyabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 14-də kimlər anadan olub?
Kərim Kərimov (1917-2003) – azərbaycanlı alim və mühəndis, artilleriya general-leytenantıdır. O, kosmosun tədqiqinə mühüm töhfə vermiş sovet kosmik proqramının yaradıcılarından biridir. 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub.
Rafiq Əliyev (1949-2020) - Azərbaycanın xalq artista və teatr rejissorudur. O, 20-dən çox bədii filmdə rol alıb.
Mixail Lazarev (1788-1851) - Rusiya tədqiqatçısı və admiralıdır. O, Antarktidanı kəşf edənlərdən biridir.
Klod Mone (1840-1926) - Fransa rəssamı və impressionizmin banilərindən biridir.
III Karl (1948) – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralıdır. Onun tam adı Çarlz Filipp Arturdur. O, Kraliça II Elizabetin oğludur.
Kondoliza Rays (1954) - Amerika dövlət xadimi, ABŞ-ın 66-cı dövlət katibidir (2005-2009). O, bu vəzifədə olan ilk qaradərili qadındır.
Lolita Milyavskaya (1963) - rusiyalı pop müğənni, aktrisa, teleaparıcı və rejissordur.
Coş Duhamel (1972) - amerikalı aktyor və modeldir. O, "Hamısı mənim uşaqlarımdır" və "Las Veqas" seriallarındakı rolları ilə yanaşı, "Bir zamanlar Romada", "Həyat olduğu kimi" və s. filmlərindəki baş rollarla tanınır.
14 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1900-cü ildə Fransa Senatı qadınların vəkillikdə işləmək icazəsini təsdiqləyib.
1901-ci ildə Vyana həkimi Karl Landştayner bütün qan nümunələrini üç qrupa ayırıb: A, B və 0.
1903-cü ildə Hollandiya elektrokardioqrafın ixtirası barədə məlumat verilib.
1936-cı ildə SSRİ-də Hidrometeorologiya Xidməti yaradılıb.
1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Ümumdünya Diabetlə Mübarizə Günü təsis edilib.
1994-cü ildə Paris və London arasında La Manş tuneli vasitəsilə nəqliyyat yolu açılıb.