DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Ermənistan XİN başçıları arasında kritik zəngləşmə

© Getty Images / MicroStockHubİran və Ermənistan bayraqları, arxiv
İran və Ermənistan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
İranın xarici işlər naziri Seyid Abbas Əraqçı Mirzoyanla nə danışdığını açıqladı.
BAKI, 14 noyabr - Sputnik. Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı ilə telefon danışığı aparıb.
"İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır" - Əraqçi erməni həmkarına telefon danışığı zamanı bildirib.
İran XİN rəhbərinin Telegram kanalında verdiyi məlumata görə, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib. Tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlər üzrə hərəkətləri əlaqələndirmək üçün müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Xəbər lenti
0