DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Qazprom" Ermənistanı xilas etməyə çalışır, amma qaz borularının yenilənməyə ehtiyacı var

© Sputnik / Рамиль Ситдиков"Qazprom"un loqosu, arxiv
Qazpromun loqosu, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
Tunyan deyib ki, Ermənistan indi qazı əsasən Rusiya və İrandan alır. Amma üçüncü mənbədən - yəni Azərbaycandan qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq.
BAKI, 14 noyabr — Sputnik. “Qazprom Ermənistan” şirkəti 2025-ci ildə İrəvanın qaz təchizatını yaxşılaşdırmaq üçün tikilmiş yeni boruların və paylayıcı stansiyaların istismara verilməsinə başlamalıdır.
Sputnik Ermənistan-ın məlumatına görə, şəbəkə yenidən təchiz olunmalıdır. Çünki son illərdə İrəvanda onlarla yeni hündürmərtəbəli binalar tikilib. Bu yeni infrastrukturun yalnız gələn il (23 milyon ABŞ dolları məbləğində) istifadəyə verilməsi planlaşdırılır. 2026-cı ildə bu həcm artıq 14 milyon dollar, 2027-ci ildə 10 milyon dollar olacaq.
2025-ci ildə Vanadzor-Alaverdi magistral qaz kəmərinin bu il başlanmış əsaslı təmir işlərinin başa çatdırılması planlaşdırılır (bu qaz kəməri ilə təmin olunan Lori rayonu bu ilin may ayında güclü daşqın zonasına düşüb). Ümumilikdə, 2024-2025-ci illərdə bu məqsədlər üçün təxminən 11,9 milyard dramın (30,6 milyon dollar) ayrılması planlaşdırılır. Bundan əlavə, Ermənistanın qərbindəki magistral qaz kəmərlərinin (Armavir-Maralik), həmçinin Vanadzor-Gümrü qaz kəmərinin əsaslı təmirə ehtiyacı var.
Bu və digər təmirlər sayəsində sistemdə qaz itkiləri azalmalıdır (elektrik şəbəkəsində olduğu kimi). 2020-ci ilin sonunda qaz itkiləri (magistral və paylayıcı şəbəkələrdə) təxminən 5,7% təşkil edib.
"Qazprom Ermənistan"ın planına görə, 2025-ci ilə qədər onların səviyyəsi 3,9%-ə, 2030-cu ilə qədər isə 3,0%-ə enməlidir. “Qazprom Ermənistan”ın digər xərclərinə gəlincə, 2025-ci ildə şirkət inzibati binaların təmiri və avadanlıqları ilə bağlı xərcləri artıracaq: 2024-cü ildə bunun üçün təqribən 200 milyon, 2025-ci ildə isə təqribən 970 milyon (təqribən 2,5 dollar) vəsaitin ayrılması planlaşdırılır).
Xatırladaq ki, ötən gün Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb. Şirkət qeyd edib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza ilə bağlı bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq noyabrın 13-ü saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.
"Qazprom" bildirib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmlər hesabına respublikada istehlakçıların fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.
Bu günlərdə energetika üzrə ekspert Armen Manvelyan "Qazprom Ermənistan"ın Ermənistanda enerji təhlükəsizliyinə dair keçirdiyi seminarda demişdi ki, Qazax-İrəvan qaz kəməri işə salınsa belə, Azərbaycan çətin ki, sırf iqtisadi səbəblərdən Ermənistana qaz nəqlində maraqlı olsun.
Onun sözlərinə görə, ümumilikdə, ötən il Azərbaycan təxminən 30 milyard kubmetr qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən (və British Petroleum tərəfindən idarə olunan) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ixrac edilib. Qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), qalan 16 milyard kubmetri Yunanıstan və Bolqarıstana, digər hissəsi (8-10 milyard kubmetr) Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya verilir.
Azərbaycanın əlavə məhdud qaz həcmləri var (Ermənistana nəzəri satış üçün). Birincisi, özü neft hasilatı ehtiyacları da daxil olmaqla, təxminən 8 milyard kubmetr istehlak edir. Bu həcmin bir hissəsini Azərbaycan Rusiyadan alır (açıq mənbələrə görə, ildə təxminən 1 milyard kubmetr). İkincisi, Azərbaycanın Avropa və Türkiyəyə ixracını artırmaq, hətta ikiqat artırmaq öhdəliyi var.
"Avropa bazarı onlar üçün daha maraqlıdır, çünki orada qiymətlər bahadır. Məsələn, Türkiyəyə qazın kubmetrini 290-320 dollara satırlar, Ermənistan isə Rusiyadan 165 dollara alır" - Manvelyan əlavə edib.
Öz növbəsində "Qazprom Ermənistan"ın (Gasprom Armenia) baş direktoru Aşot Akopyan qeyd edib ki, sırf texniki baxımdan Qazax-İrəvan kəmərinin bərpası tamamilə real işdir. Sovet dövründə Ermənistan qazını bu qaz kəməri ilə alırdı, sonra isə inkişaf etmiş sənaye sayəsində respublika daha çox qaz istehlak edirdi: 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində - 6 milyard kubmetrə qədər (indi 2,5-2,7 milyard kubmetri Rusiya və İrandan idxal edir). Qazax-İrəvan xətti diametri 1000 və 800 mm olan iki borudan ibarətdir və Ermənistan ərazisindən keçən hissə hələ də daxili magistral kəmər kimi istifadə olunur.
"Texniki olaraq, boruların yenidən birləşdirilməsi zaman məsələsidir. Bunun üçün yeni texnoloji həllər tələb olunmur" - "Qazprom Ermənistan"ın rəhbəri əlavə edib.
Amma bazar dilində danışsaq belə, qaz tədarükünün həcmi həqiqətən razılaşdırılmalıdır: həm Rusiya, həm də İranla. Ermənistanın səlahiyyətli orqanları, İrana münasibətdə isə İrəvan İstilik Elektrik Stansiyası (İran qazını istehlak edərək onu bir sıra başqa elektrik stansiyalarına ötürür) bu çərçivədə uzunmüddətli müqavilələrlə il üçün proqnoz (indikativ) qaz balansını tərtib edir.
Bir müddət əvvəl Ermənistanın "Mülki müqavilə" fraksiyasından olan deputat, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan parlamentdə keçirdiyi brifinqdə deyib ki, Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər.
"Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura bilərik. Hər hansı resursa ehtiyacımız olarsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini nəzərdən keçirməli olacağıq. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır", o bildirib.
B.Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq.
Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan Ümumdünya Erməni Sammitində Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkənin Azərbaycandan qaz almağa hazır olduğunu bildirib.
Головной офис SOCAR в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.11.2024
İQTİSADİYYAT
Ermənistan Azərbaycandan qaz alacaq? "Qazprom Ermənistan"ın rəhbərindən açıqlama
Xəbər lenti
0