Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: ABŞ qəzəblidir, çünki Çin sürətlə onu geridə qoyub

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçid Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
 Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
Çin, ABŞ-nın özünün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatı kimi qurumlarda qoyduğu normalar əsasında onu ötüb keçib.
BAKI, 14 noyabr — Sputnik. Birləşmiş Ştatlar Çinə qarşı "qəzəblidir", çünki o, çox tez və inamla onu ötüb keçib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Marina Kimə müsahibəsində deyib. Müsahibə "Telegram" kanalında yayımlanıb.
"Çin, ABŞ-nın özünün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatı kimi qurumlarda qoyduğu normalar əsasında onu ötüb keçir. ABŞ-ın idarə etdiyi bu qurumlardan, mexanizmlərdən hər cür sui-istifadə edilməsinə baxmayaraq, ABŞ-ı geridə qoyur" - nazir qeyd edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri RF ilə ABŞ arasında münasibətlər mövzusuna da toxunub və Kremlin ABŞ-ın yeni administrasiyası ilə ünsiyyətə hazır olduğunu vurğulayıb. Eyni zamanda, Lavrovun sözlərinə görə, Moskva ABŞ vətəndaşları tərəfindən seçilən Prezident Donald Trampın konkret məsələlər üzrə fəaliyyətini qiymətləndirəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 14.11.2024
RUSİYA
Lavrov Braziliyaya gedəcək və G20 sammitində Rusiyanın sözünü deyəcək - Zaxarova
Xəbər lenti
0