https://sputnik.az/20241114/putinin-braziliyaya-g20-sammitine-gedecek--463576837.html
Lavrov Braziliyaya gedəcək və G20 sammitində Rusiyanın sözünü deyəcək - Zaxarova
Lavrov Braziliyaya gedəcək və G20 sammitində Rusiyanın sözünü deyəcək - Zaxarova
Sputnik Azərbaycan
Rusiya G20-də aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır. 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T18:23+0400
2024-11-14T18:23+0400
2024-11-14T18:26+0400
peskov
rusiya
g-20
"g-20"
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
braziliya
rio-de-janeyro
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:3072:1728_1920x0_80_0_0_e1b398d300a36baacd1708fd45442cdf.jpg
BAKI, 14 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün noyabrın 18-19-da Braziliyaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. "Rusiya Federasiyası Prezidentinin tapşırığına əsasən, bu tədbirdə ölkəmizin nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək" - o, qeyd edib. Zaxarova, həmçinin əlavə edib ki, Lavrovun sammitə səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu tədbirlər çərçivəsində Rusiya aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır. Xatırladaq ki, oktyabrın 18-də Putin onun keçirilməsinə mane olmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O hesab edir ki, onun iştirakı forumun normal fəaliyyətini poza bilər.13.11.24, 16:39Putin Braziliyaya gedəsi olmadı, G20-də Rusiyanı Lavrov təmsil edəcəkRusiyanı Brazilyada keçiriləcək G20 sammitində xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, Lavrov noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcək.29.03.24, 23:00Putin Braziliyaya G20 sammitinə gedəcək?Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb. Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb. "Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib. Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib. Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər. "Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib. Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.
rio-de-janeyro
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:2732:2048_1920x0_80_0_0_d635c7495b71b66878abd1f9acdd2d7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, g-20, "g-20", putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, braziliya, rio-de-janeyro
peskov, g-20, "g-20", putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, braziliya, rio-de-janeyro
Lavrov Braziliyaya gedəcək və G20 sammitində Rusiyanın sözünü deyəcək - Zaxarova
18:23 14.11.2024 (Yenilənib: 18:26 14.11.2024) Rusiya G20-də aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır.
BAKI, 14 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün noyabrın 18-19-da Braziliyaya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya Federasiyası Prezidentinin tapşırığına əsasən, bu tədbirdə ölkəmizin nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək" - o, qeyd edib.
Zaxarova, həmçinin əlavə edib ki, Lavrovun sammitə səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu tədbirlər çərçivəsində Rusiya aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır. Xatırladaq ki, oktyabrın 18-də Putin onun keçirilməsinə mane olmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O hesab edir ki, onun iştirakı forumun normal fəaliyyətini poza bilər.
Putin Braziliyaya gedəsi olmadı, G20-də Rusiyanı Lavrov təmsil edəcək
Rusiyanı Brazilyada keçiriləcək G20 sammitində xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcək.
Putin Braziliyaya G20 sammitinə gedəcək?
Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb.
Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb.
"Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib.
Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib.
Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər.
"Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib.
Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.