DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya düz eləmir, Rusiyaya yaxın ərazilərdə xüsusi iqtisadi zona yaratmaq istəyir

© Sputnik / Алексей Даничев / Mediabanka keçidHelsinki şəhərinə mənzərə, arxiv şəkli
Helsinki şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
Təşəbbüsün həyata keçirilməsi gələn ilin əvvəlində başlamalı və Petteri Orponun 2027-ci ildə kabinet müddətinin sonuna qədər davam etməlidir.
BAKI, 14 noyabr — Sputnik. Finlandiya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazilərdə, eləcə də sərhədin bağlanması və turistlərin azlığından ən çox zərər çəkən ərazilərdə xüsusi iqtisadi zonanın (XİZ) yaradılmasını təklif edib
"TASS" bu barədə yazıb.
Şərqi Finlandiyanın İnkişaf Layihəsinə əsasən, işçi qrup ölkə hökumətinə vergi güzəştlərinin və ya regional dəstək formalarının tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması imkanlarını araşdırmağı təklif edib. Xüsusi iqtisadi zonanın inkişafı ilə yanaşı, regionun həyat qabiliyyətini artıra biləcək bir sıra digər tədbirlər də təklif edilib. Bunlara külək elektrik stansiyalarının tikintisinin artırılması, tədqiqat və təkmilləşdirməyə (R&D) sərmayə qoyuluşu və genişzolaqlı rabitənin təkmilləşdirilməsi daxildir.
Məlumdur ki, proqrama Kyumenlaakso, Cənubi Kareliya, Cənubi Savo, Şimali Savo, Şimali Kareliya, eləcə də Kaynuu regionları daxildir. Təşəbbüsün həyata keçirilməsi gələn ilin əvvəlində başlamalı və Petteri Orponun 2027-ci ildə kabinet müddətinin sonuna qədər davam etməlidir.
Daha əvvəl bildirilmişdi ki, Finlandiyada dənizlərdə GPS əvəzinə kağız xəritələrdən istifadə etmək tövsiyə olunub.
Xəbər lenti
0