https://sputnik.az/20241114/dollarin-guclenmesi-nefti-ucuzlasdirib-468752314.html
Dolların güclənməsi nefti ucuzlaşdırıb
Dolların güclənməsi nefti ucuzlaşdırıb
Sputnik Azərbaycan
Bazarlarda neft hasilatının artması və tələbin zəifləməsi ilə bağlı narahatlıq yaşanır. 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T13:57+0400
2024-11-14T13:57+0400
2024-11-14T13:57+0400
dollar
neft-qaz
"azerilight" markalı neft
"brent"
opec
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0e/468752124_0:33:594:367_1920x0_80_0_0_e91717d3fa607a079514916a747e6b08.jpg
BAKI, 14 noyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri hasilatın artması və tələbin zəifləməsi narahatlığı ilə ucuzlaşıb. Həmçinin dolların güclənməsi də neftin qiymətinin aşağı düşməsinə səbəb olub. "Brent" markalı neft 35 sent ucuzlaşaraq 71,93 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 42 sent azalaraq 68,01 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 54 sent artaraq 74,7 dollar təşkil edib. "OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi. "OPEC plyus"a Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır. OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb. Bu arada, ABŞ Enerji İnformasiya Administrasiyası bu il ABŞ-ın neft hasilatı ilə bağlı gözləntilərini bir qədər yüksəldib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0e/468752124_31:0:563:399_1920x0_80_0_0_7f0a7d1139faa8f9bd8bc8ad8c4ec316.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, "azerilight" markalı neft, "brent", opec
dollar, "azerilight" markalı neft, "brent", opec
Dolların güclənməsi nefti ucuzlaşdırıb
Bazarlarda neft hasilatının artması və tələbin zəifləməsi ilə bağlı narahatlıq yaşanır.
BAKI, 14 noyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri hasilatın artması və tələbin zəifləməsi narahatlığı ilə ucuzlaşıb. Həmçinin dolların güclənməsi də neftin qiymətinin aşağı düşməsinə səbəb olub.
"Brent" markalı neft 35 sent ucuzlaşaraq 71,93 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 42 sent azalaraq 68,01 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 54 sent artaraq 74,7 dollar təşkil edib.
"OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi.
"OPEC plyus"a Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır.
OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb.
Bu arada, ABŞ Enerji İnformasiya Administrasiyası bu il ABŞ-ın neft hasilatı ilə bağlı gözləntilərini bir qədər yüksəldib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.