https://sputnik.az/20241114/borrell-trampi-spaniya-diktatoru-franko-ile-muqayise-etdi-468767078.html
Borrell Trampı İspaniya diktatoru Franko ilə müqayisə etdi
Borrell Trampı İspaniya diktatoru Franko ilə müqayisə etdi
Sputnik Azərbaycan
Borrell iddia edib ki, əgər respublikaçı Tramp "Ukraynanın çökməsinə icazə versə", "tarix Qərbi mühakimə edəcək". 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T21:17+0400
2024-11-14T21:17+0400
2024-11-14T21:17+0400
cosep borrel
dünya xəbərləri
tramp
donald tramp
abş prezidenti donald tramp
ispaniya
diktator
ukrayna
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_0:161:3071:1888_1920x0_80_0_0_1c73358af6660b3699ce231cf8280c5f.jpg
BAKI, 14 noyabr — Sputnik. Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib. Bu təhqiramiz bəyanat Avropa Parlamentində dinləmələr zamanı səslənib. "Trampın dövründə ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil. Məsələn, Frankonun rəhbərliyi altındakı İspaniya da Qonsalesin dövründəki İspaniyadan fərqli idi" - Borrell söyləyib. O, həmçinin bildirib ki, "Tramp və Franko arasında yeganə fərq" Trampın amerikalılar tərəfindən seçilməsidir. Dekabrın 1-də istefa verən Aİ diplomatik xidmətinin rəhbəri Trampı Kiyevə yardımı davam etdirməyə çağırıb. Borrell iddia edib ki, əgər respublikaçı "Ukraynanın çökməsinə icazə verərsə" "tarix Qərbi mühakimə edəcək". Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. Bundan əlavə, o, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinə səbəb olan çevrilişin təşkilatçılarından biri olub. Xatırladaq ki, Tramp Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağını bəyan edib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ-nin hərbi bloka çevrilməsi ilə bağlı Borrelin sözlərinə münasibət bildirdiyi barədə məlumat verilib.
https://sputnik.az/20241114/hikmet-haciyevden-borrellin-biz-ve-barbarlar-hekayesine-etiraz-468768838.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438284236_170:0:2901:2048_1920x0_80_0_0_5f5ab76b9ca0ed11a5e18641779df472.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
cosep borrel , tramp, donald tramp, abş prezidenti donald tramp, ispaniya, diktator, ukrayna, mariya zaxarova
cosep borrel , tramp, donald tramp, abş prezidenti donald tramp, ispaniya, diktator, ukrayna, mariya zaxarova
Borrell Trampı İspaniya diktatoru Franko ilə müqayisə etdi
Borrell iddia edib ki, əgər respublikaçı Tramp "Ukraynanın çökməsinə icazə versə", "tarix Qərbi mühakimə edəcək".
BAKI, 14 noyabr — Sputnik. Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.
Bu təhqiramiz bəyanat Avropa Parlamentində dinləmələr zamanı səslənib.
"Trampın dövründə ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil. Məsələn, Frankonun rəhbərliyi altındakı İspaniya da Qonsalesin dövründəki İspaniyadan fərqli idi" - Borrell söyləyib.
O, həmçinin bildirib ki, "Tramp və Franko arasında yeganə fərq" Trampın amerikalılar tərəfindən seçilməsidir.
Dekabrın 1-də istefa verən Aİ diplomatik xidmətinin rəhbəri Trampı Kiyevə yardımı davam etdirməyə çağırıb. Borrell iddia edib ki, əgər respublikaçı "Ukraynanın çökməsinə icazə verərsə" "tarix Qərbi mühakimə edəcək".
Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. Bundan əlavə, o, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinə səbəb olan çevrilişin təşkilatçılarından biri olub.
Xatırladaq ki, Tramp Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağını bəyan edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ-nin hərbi bloka çevrilməsi ilə bağlı Borrelin sözlərinə münasibət bildirdiyi barədə məlumat verilib.