https://sputnik.az/20241114/almaniyada-ukraynali-qacqinlari-gozumcixdiya-salirlar-468740354.html
Almaniyada ukraynalı qaçqınları gözümçıxdıya salırlar
Almaniyada ukraynalı qaçqınları gözümçıxdıya salırlar
Sputnik Azərbaycan
Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayerin fikrincə, problemin yeganə həlli münaqişəyə son qoymaq və ukraynalı qaçqınları öz... 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T08:41+0400
2024-11-14T08:41+0400
2024-11-14T08:41+0400
alman
dünya xəbərləri
almaniya
ukrayna
qaçqınlar
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_0:0:3031:1705_1920x0_80_0_0_29bb41f230a50da15ef7e343aa7bd455.jpg
BAKI, 14 noyabr — Sputnik. Münaqişə başlayandan sonra alman əhalisinin ukraynalı qaçqınlara münasibəti pisləşib. Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer "RİA Novosti" ilə söhbətində bildirib. Nimayerin sözlərinə görə, bir çox alman ölkəyə gələn ukraynalılar üçün müavinətlərin kütləvi şəkildə verilməsindən narazıdırlar. "Bir çox almanın avtomobili və ya ən azı müasir avtomobili yoxdur. Burada ictimai rəy pisləşir. Bəzi işsiz almanlar mənə deyiblər: "Düşünürəm ki, mən ukraynalı olmalıyam. Bu yolla daha çox qazanacağam". İnsanlar belə zarafat edir, amma hazırda əhval-ruhiyyə onlara, yəni Ukraynalı qaçqınlara qarşıdır" - Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri bildirib. Ralf Nimayerin bildirdiyinə görə, hazırda Almaniyada Ukraynadan olan bir neçə yüz min qaçqın var, halbuki, qonşu ölkədə - Polşada isə onların sayı xeyli azdır. Nimayer hesab edir ki, buna baxmayaraq, müharibə zonalarından qaçan insanları qəbul etməyə davam etmək lazımdır. Onun fikrincə, problemin yeganə həlli münaqişəyə son qoymaq və ukraynalı qaçqınları öz vətənlərinə qaytarmaq ola bilər. Bundan əvvəl Almaniyanın Ukraynadan olan qaçqınlar arasında işsizlik müavinəti alan, eyni zamanda xidmət sektorunda qeyri-qanuni işləyən və Almaniyadan kənarda istirahətə gedən qaçqınları cərimələməyə başladığı bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_202:0:2933:2048_1920x0_80_0_0_e1b0128b731a9c19fdee84327d4a78dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
alman, almaniya, ukrayna, qaçqınlar
alman, almaniya, ukrayna, qaçqınlar
Almaniyada ukraynalı qaçqınları gözümçıxdıya salırlar
Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayerin fikrincə, problemin yeganə həlli münaqişəyə son qoymaq və ukraynalı qaçqınları öz vətənlərinə qaytarmaq ola bilər.
BAKI, 14 noyabr — Sputnik. Münaqişə başlayandan sonra alman əhalisinin ukraynalı qaçqınlara münasibəti pisləşib.
Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer "RİA Novosti" ilə söhbətində bildirib.
Nimayerin sözlərinə görə, bir çox alman ölkəyə gələn ukraynalılar üçün müavinətlərin kütləvi şəkildə verilməsindən narazıdırlar.
"Bir çox almanın avtomobili və ya ən azı müasir avtomobili yoxdur. Burada ictimai rəy pisləşir. Bəzi işsiz almanlar mənə deyiblər: "Düşünürəm ki, mən ukraynalı olmalıyam. Bu yolla daha çox qazanacağam". İnsanlar belə zarafat edir, amma hazırda əhval-ruhiyyə onlara, yəni Ukraynalı qaçqınlara qarşıdır" - Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri bildirib.
Ralf Nimayerin bildirdiyinə görə, hazırda Almaniyada Ukraynadan olan bir neçə yüz min qaçqın var, halbuki, qonşu ölkədə - Polşada isə onların sayı xeyli azdır. Nimayer hesab edir ki, buna baxmayaraq, müharibə zonalarından qaçan insanları qəbul etməyə davam etmək lazımdır. Onun fikrincə, problemin yeganə həlli münaqişəyə son qoymaq və ukraynalı qaçqınları öz vətənlərinə qaytarmaq ola bilər.
Bundan əvvəl Almaniyanın Ukraynadan olan qaçqınlar arasında işsizlik müavinəti alan, eyni zamanda xidmət sektorunda qeyri-qanuni işləyən və Almaniyadan kənarda istirahətə gedən qaçqınları cərimələməyə başladığı bildirilib.