https://sputnik.az/20241114/a-olkeleri-rusiya-qazinin-turkiye-erazisinden-reeksportunu-keskin-sekilde-artiriblar-468751657.html
Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar
Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar
Sputnik Azərbaycan
Almaniya İqtisadiyyat Nazirliyi şirkətləri Rusiyadan mayeləşmiş təbii qaz idxalından imtinaya məcbur edir. 14.11.2024, Sputnik Azərbaycan
2024-11-14T14:44+0400
2024-11-14T14:44+0400
2024-11-14T14:54+0400
almaniya
dünya xəbərləri
maye qaz
təbii qaz təchizatı
ai
türkiyə
çin
almaniya hökuməti
https://cdnn1.img.sputnik.az/img/42200/79/422007921_0:0:3097:1742_1920x0_80_0_0_28eaa89e58a23529d516315011c9207d.jpg
BAKI, 14 noyabr — Sputnik. Almaniyanın İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyi mayeləşmiş təbii qaz (MTQ) terminalının operatoru "Deutsche Energy Terminal"dan bu qazı Rusiyadan qəbul etməyi dayandırmağı tələb edib. "Financial Times" bu barədə departamentin məktubuna istinadən yazıb. Sənəddə qeyd edilib ki, şirkət "sonrakı xəbərdarlığa qədər" Rusiya MTQ-ni qəbul etməməlidir. Bildirilib ki, bu, nazirliyin "ictimai maraqların qorunmasına" və Almaniya və Aİ-nin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək. Qadağa "Deutsche Energy Terminal"ın Brunsbütteldə Rusiya MTQ-ni yükləmək niyyəti barədə bildirişindən sonra tətbiq edilib. Nazirliyin dəqiqləşdirdiyi kimi, Almaniya 2022-ci ilin fevral ayından etibarən Rusiyadan MTQ idxal etməyib və yeni təlimatlar bu kursu möhkəmləndirməlidir. Eyni zamanda, nəşrin məlumatına görə, "SEFE" şirkəti (keçmiş "Gazprom Germania", Almaniya hökuməti tərəfindən milliləşdirilmiş) hələ də "Yamal MTQ" ilə maye qazın tədarükü üçün uzunmüddətli müqaviləyə malikdir. Aİ-nin, Rusiya qazının ödənilməsini faktiki olaraq çətinləşdirən Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, onun idxalına heç bir hüquqi qadağa yoxdur. Aİ 2021-2023-cü illərdə Rusiya Federasiyasından boru kəməri qazının idxalını bir neçə dəfə azaldıb. Eyni zamanda, 2023-cü ildə Rusiya MTQ-nin alışı iki dəfədən çox artaraq 18 milyard kubmetrə çatıb. Həmçinin, KİV-lərinin məlumatına görə, bir sıra Avropa Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar. Daha əvvəl Almaniyanın vitse-kansleri Robert Habek demişdi ki, Rusiya təbii qazı və Çin bazarı Almaniya iqtisadiyyatı üçün "dərman" olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42200/79/422007921_0:0:2731:2048_1920x0_80_0_0_6a3b1229328f6230ae9229547238dbba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, maye qaz, təbii qaz təchizatı, ai, türkiyə, çin, almaniya hökuməti
almaniya, maye qaz, təbii qaz təchizatı, ai, türkiyə, çin, almaniya hökuməti
Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar
14:44 14.11.2024 (Yenilənib: 14:54 14.11.2024) Almaniya İqtisadiyyat Nazirliyi şirkətləri Rusiyadan mayeləşmiş təbii qaz idxalından imtinaya məcbur edir.
BAKI, 14 noyabr — Sputnik. Almaniyanın İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyi mayeləşmiş təbii qaz (MTQ) terminalının operatoru "Deutsche Energy Terminal"dan bu qazı Rusiyadan qəbul etməyi dayandırmağı tələb edib.
"Financial Times" bu barədə departamentin məktubuna istinadən yazıb.
Sənəddə qeyd edilib ki, şirkət "sonrakı xəbərdarlığa qədər" Rusiya MTQ-ni qəbul etməməlidir. Bildirilib ki, bu, nazirliyin "ictimai maraqların qorunmasına" və Almaniya və Aİ-nin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək.
Qadağa "Deutsche Energy Terminal"ın Brunsbütteldə Rusiya MTQ-ni yükləmək niyyəti barədə bildirişindən sonra tətbiq edilib. Nazirliyin dəqiqləşdirdiyi kimi, Almaniya 2022-ci ilin fevral ayından etibarən Rusiyadan MTQ idxal etməyib və yeni təlimatlar bu kursu möhkəmləndirməlidir.
Eyni zamanda, nəşrin məlumatına görə, "SEFE" şirkəti (keçmiş "Gazprom Germania", Almaniya hökuməti tərəfindən milliləşdirilmiş) hələ də "Yamal MTQ" ilə maye qazın tədarükü üçün uzunmüddətli müqaviləyə malikdir.
Aİ-nin, Rusiya qazının ödənilməsini faktiki olaraq çətinləşdirən Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, onun idxalına heç bir hüquqi qadağa yoxdur. Aİ 2021-2023-cü illərdə Rusiya Federasiyasından boru kəməri qazının idxalını bir neçə dəfə azaldıb. Eyni zamanda, 2023-cü ildə Rusiya MTQ-nin alışı iki dəfədən çox artaraq 18 milyard kubmetrə çatıb. Həmçinin, KİV-lərinin məlumatına görə, bir sıra Avropa Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar.
Daha əvvəl Almaniyanın vitse-kansleri Robert Habek demişdi ki, Rusiya təbii qazı və Çin bazarı Almaniya iqtisadiyyatı üçün "dərman" olub.