https://sputnik.az/20241113/turkiye-ve-suriya-prezidentleri-putinin-istiraki-ile-goruse-bilerler-456645655.html
Ərdoğan: "Mən hələ də Bəşər Əsədlə görüşəcəyimə ümid edirəm"
Ərdoğan: "Mən hələ də Bəşər Əsədlə görüşəcəyimə ümid edirəm"
Sputnik Azərbaycan
Ərdoğan vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünü Türkiyə və dünyanın əksər ölkələrinə səpələnmiş suriyalılar təhdid etmir. Onun ərazi bütövlüyü terrorçular... 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T18:00+0400
2024-11-13T18:00+0400
2024-11-13T16:45+0400
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/40597/84/405978411_0:339:2277:1620_1920x0_80_0_0_1e8618ebca854fbc280d26872a1c84ae.jpg
BAKI, 13 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşəcəyinə ümid edir.Bunu Türkiyə lideri Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu görüş Türkiyə - Suriya münasibətlərinin normallaşması üçün önəmlidir:Ərdoğan onu da əlavə edib ki, Suriyada ədalətli və davamlı sülh üçün zəmin var.“Buna nail olmaq üçün atılacaq addımlar da aydındır. Normallaşma ilə bağlı Suriya tərəfinə əlimizi uzatdıq. Bu normallaşmanın Suriya torpaqlarında sülh və əmin-amanlığın qapısını açacağına inanırıq. Suriyanın ərazi bütövlüyünü təhdid edən biz deyilik. Suriyanın ərazi bütövlüyü terrorçular, xüsusilə PKK/PYD/YPG terror təşkilatı tərəfindən təhdid edilir. Suriyanın ərazi bütövlüyü əksər ölkələrə səpələnmiş suriyalılar tərəfindən təhdid edilmir. Əsəd bunu dərk etməli və ölkəsində yeni ab-hava yaratmaq və onu qorumaq üçün addımlar atmalıdır. Ətraflarındakı İsrail təhlükəsi nağıl deyil. Bölgədəki yanğının qeyri-sabit ərazilərdə sürətlə yayılacağını unutmamalıyıq” - o, vurğulayıb.Ərdoğanın sözlərinə görə, həm Bakıda, COP-29 çərçivəsində, həm də Ər-Riyadda baş tutan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşü zamanı aparılan danışıqların nəticəsi olaraq Suriyada bundan sonra atılacaq addımlar böyük əhəmiyyət kəsb edir (APA).09.07.23, 21:10Türkiyə və Suriya prezidentləri Putinin iştirakı ilə görüşə bilərlərSuriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi üzərində işləri başa vurduqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər. "Al Arabiya"nın məlumatına görə, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib. Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi "hər ay inkişaf edir" və bu müddətdə "yol xəritəsinin aktivləşdirilməsi üçün fəal və intensiv iş aparılır". Lavrentyev qeyd edib ki, müvafiq işlər başa çatdıqdan və nəticələr əldə olunduqdan sonra "Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə, Ərdoğan və Suriya lideri arasında görüş təşkil etmək barədə prezidentlərə məlumat veriləcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40597/84/405978411_97:0:2257:1620_1920x0_80_0_0_26e20606f5f29ef5d6cc02f009bad3e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan: "Mən hələ də Bəşər Əsədlə görüşəcəyimə ümid edirəm"
Ərdoğan vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünü Türkiyə və dünyanın əksər ölkələrinə səpələnmiş suriyalılar təhdid etmir. Onun ərazi bütövlüyü terrorçular, xüsusilə PKK/PYD/YPG terror təşkilatı tərəfindən təhdid edilir.
BAKI, 13 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşəcəyinə ümid edir.
Bunu Türkiyə lideri Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu görüş Türkiyə - Suriya münasibətlərinin normallaşması üçün önəmlidir:
“Mən hələ də Bəşər Əsədlə bağlı ümidliyəm. Mən hələ də bir araya gəlib Suriya-Türkiyə münasibətlərini yoluna qoyacağımıza ümid edirəm. Çünki Suriya ilə Türkiyə arasındakı terror təşkilatlarını məhv etməliyik”.
Ərdoğan onu da əlavə edib ki, Suriyada ədalətli və davamlı sülh üçün zəmin var.
“Buna nail olmaq üçün atılacaq addımlar da aydındır. Normallaşma ilə bağlı Suriya tərəfinə əlimizi uzatdıq. Bu normallaşmanın Suriya torpaqlarında sülh və əmin-amanlığın qapısını açacağına inanırıq. Suriyanın ərazi bütövlüyünü təhdid edən biz deyilik. Suriyanın ərazi bütövlüyü terrorçular, xüsusilə PKK/PYD/YPG terror təşkilatı tərəfindən təhdid edilir. Suriyanın ərazi bütövlüyü əksər ölkələrə səpələnmiş suriyalılar tərəfindən təhdid edilmir. Əsəd bunu dərk etməli və ölkəsində yeni ab-hava yaratmaq və onu qorumaq üçün addımlar atmalıdır. Ətraflarındakı İsrail təhlükəsi nağıl deyil. Bölgədəki yanğının qeyri-sabit ərazilərdə sürətlə yayılacağını unutmamalıyıq” - o, vurğulayıb.
Ərdoğanın sözlərinə görə, həm Bakıda, COP-29 çərçivəsində, həm də Ər-Riyadda baş tutan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşü zamanı aparılan danışıqların nəticəsi olaraq Suriyada bundan sonra atılacaq addımlar böyük əhəmiyyət kəsb edir (APA).
Türkiyə və Suriya prezidentləri Putinin iştirakı ilə görüşə bilərlər
Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi üzərində işləri başa vurduqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.
"Al Arabiya"nın məlumatına görə, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi "hər ay inkişaf edir" və bu müddətdə "yol xəritəsinin aktivləşdirilməsi üçün fəal və intensiv iş aparılır".
Lavrentyev qeyd edib ki, müvafiq işlər başa çatdıqdan və nəticələr əldə olunduqdan sonra "Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə, Ərdoğan və Suriya lideri arasında görüş təşkil etmək barədə prezidentlərə məlumat veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.