https://sputnik.az/20241113/fransa-planetin-ekosistemine-boyuk-zerbeler-vurub---lham-eliyev-faktlari-sadaladi-468729676.html
Fransa planetin ekosisteminə böyük zərbələr vurub - İlham Əliyev faktları sadaladı
Fransa planetin ekosisteminə böyük zərbələr vurub - İlham Əliyev faktları sadaladı
Sputnik Azərbaycan
Azərbaycan prezidenti Fransa tərəfindən keçirilən çoxsaylı nüvə sınaqları nəticəsində Əlcəzair və Polineziyada yaşanan fəlakətləri dilə gətirib. 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T13:57+0400
2024-11-13T13:57+0400
2024-11-13T13:57+0400
cop29
prezident ilham əliyev
əlcəzair
fransa
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468724798_0:139:2658:1634_1920x0_80_0_0_51878faf602a866ad1e0c11f94efa5a1.jpg
BAKI, 13 noyabr - Sputnik. Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik.Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən də danışıb."Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları - red.) yenə də yaşanır" - prezident deyib. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub.Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Emmanuel Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.
https://sputnik.az/20241112/azerbaycanin-qlobal-qaz-atilmalarindaki-payi-cemi-01-faizdir---prezident-468719454.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468724798_148:0:2511:1772_1920x0_80_0_0_69b5b7f5660aa8b1e87881765cc0ac8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, əlcəzair, fransa, emmanuel makron
prezident ilham əliyev, əlcəzair, fransa, emmanuel makron
Fransa planetin ekosisteminə böyük zərbələr vurub - İlham Əliyev faktları sadaladı
Azərbaycan prezidenti Fransa tərəfindən keçirilən çoxsaylı nüvə sınaqları nəticəsində Əlcəzair və Polineziyada yaşanan fəlakətləri dilə gətirib.
BAKI, 13 noyabr - Sputnik. Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik.
Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən də danışıb.
"Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları - red.) yenə də yaşanır" - prezident deyib.
Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub.
Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Emmanuel Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.