DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğandan Trampa təklif: "Türkiyə strateji coğrafi mövqeyi və gənc əhalisi olan ölkədir"

© AP Photo / Francisco Seco Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 13.11.2024
Abunə olmaq
Ərdoğan deyib ki, Trampın prezident seçilməsi Türkiyənin ABŞ ilə münasibətlərində müsbət fərqlilik yarada bilər
BAKI, 13 noyabr - Sputnik. Trampın ABŞ-nin yeni prezidenti seçilməsi ilə Türkiyənin bu ölkə ilə münasibətlərində müsbət fərqlilik yarana bilər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib:
"Bununla yanaşı, hələ ki, Ankara - Vaşinqton xətti üzrə gələcək münasibətlərə konkret proqnoz vermək tezdir, bunun üçün Tramp Administrasiyasının tam formalaşması, iki ölkə nazirləri və müvafiq qurumların əlaqələr yaratması və işləməsi lazımdır".
“Tramp administrasiyası iqtisadiyyatı əsas məqsədlərindən biri kimi görür. Türkiyə strateji coğrafi mövqeyi və gənc əhalisi ilə investisiya imkanları təklif edən bir ölkədir. Biz iki ölkə arasında ticarətin həcmini artırmaq və investisiyaları təşviq etmək üçün yeni imkanlar yarada bilərik. Xüsusilə enerji, infrastruktur və texnologiya sahələrində yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək mümkündür” - o, vurğulayıb.
08.11.24, 17:13
Ərdoğan: Trampın dövründə Ukraynadakı müharibə bitəcək
Ukraynadakı müharibə artıq bitməlidir. Lakin Qərb problemin sülh yolu ilə həllini dəstəkləmir.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə bildirib.
O deyib ki, Türkiyə Ukraynada xüsusi hərbi əməliyyatların başladığı ilk gündən problemlərin danışıqlar yolu ilə həlinə tərəfdarıdır:
"Biz ilk gündən hər iki tərəflə təmasları davam etdirdik. Gördük ki, problemin diplomatik yolla həll olunacağına inamımızı Qərb dəstəkləmir. ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik. Daha çox silah, bomba və xaos bu müharibəyə son qoymaz. Sülhün qapısını ancaq daha çox danışıqlar və müzakirələrlə açmaq olar. Biz hər iki tərəfi eyni masa arxasına gətirməyi bacaran ölkəyik. Bunu dəfələrlə bacarmışıq və yenə bacara bilərik. Biz sülh üçün səy göstərdik və bu cəhdlərimizi davam etdirəcəyik”.
Dövlət başçısı, həmçinin söyləyib ki, ABŞ ilə Türkiyə arasında F-35 məsələsi var: "S-400 ilə bağlı bir proses var. F-35 məsələsi ilə əlaqədar Trampın prezidentliyi dövründə Türkiyədən danışarkən "Pulu verdilər, buna baxmayaraq siz hələ də təyyarələri vermirsiniz?" bəyanatları var. Görək indi proses necə inkişaf edəcək?!”.
R.T.Ərdoğan onu da söyləyib ki, Türkiyə terrorla mübarizəsini davam etdirəcək: “Geri addım atmayacağıq. Bu, müzakirə mövzusu deyil. Türkiyə özünü qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyəcək. Biz terrorla davamlı mübarizə aparırıq. Və son terrorçu öldürülənə qədər bu mübarizə davam edəcək”.
Xəbər lenti
0