https://sputnik.az/20241113/bakida-cop29-davam-edir---video-468743567.html
COP29: Xəzərin səviyyəsi sürətlə aşağı düşür və o, Aralın aqibətini yaşayacaq - VİDEO
COP29: Xəzərin səviyyəsi sürətlə aşağı düşür və o, Aralın aqibətini yaşayacaq - VİDEO
Sputnik Azərbaycan
İlk günlərdə müxtəlif tədbirlər təşkil olunub, müxtəlif ölkələrdən pavilyonlar təqdim edilib. Dövlət və beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər iqlim... 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T19:40+0400
2024-11-13T19:40+0400
2024-11-13T21:17+0400
video
cop29
rusiya elmlər akademiyası
iqlim dəyişikliyi
iqlim dəyişikliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468733657_0:0:594:335_1920x0_80_0_0_e83ba896da13eecdf2dc42050a0e3fb7.jpg
Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) üçüncü iş günüdür. İlk günlərdə müxtəlif tədbirlər təşkil olunub, müxtəlif ölkələrdən pavilyonlar təqdim edilib. Dövlət və beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər iqlim dəyişikliyi və bununla bağlı problemlərin həlli yollarına dair fikirlərini bölüşüblər.Rusiya Elmlər Akademiyasınını P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoy qeyd edib ki, 1995-ci ildən Xəzər dənizinin səviyyəsi aşağı düşür, indi bu proses kəskin şəkildə sürətlənib. O hesab edir ki, bununla bağlı müxtəlif adaptasiya tədbirləri görmək lazımdır.Öz növbəsində, Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov COP29-un keçirilməsinin vacibliyini vurğulayıb.“Bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı əlaqələrimizi nəzərə alaraq, biz Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasını burada keçirmək qərarına gəldik. Biz həm də şadıq ki, bu ölkədə güzgü-karbon poliqonumuzun açılması ilə bağlı AR ilə razılığa gəldik” - Falkov əlavə edib.COP29-da Ekologiya Ümumrusiya elmi-tədqiqat institunun rəhbəri Aleksandr Zakondırin isə deyib ki, Xəzər yoxa çıxan Aral dənizinin aqibətini yaşaya bilər. “Əsrin sonuna praktiki olaraq Aral dənizinin vəziyyətinin yaranma təhlükəsi var. Bu gəmiçiliyi, təbii eytiyyatların hasilatını çətinləşdirəcək. Burada turizm infrastrukturu olmayacaq, inkişaf etdiriləsi heç nə qalmayacaq” - alim qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468733657_49:0:577:396_1920x0_80_0_0_cca15e2bcfe87e28ba76b251af984f6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, видео, rusiya elmlər akademiyası, iqlim dəyişikliyi, iqlim dəyişikliyi
cop29, видео, rusiya elmlər akademiyası, iqlim dəyişikliyi, iqlim dəyişikliyi
COP29: Xəzərin səviyyəsi sürətlə aşağı düşür və o, Aralın aqibətini yaşayacaq - VİDEO
19:40 13.11.2024 (Yenilənib: 21:17 13.11.2024) İlk günlərdə müxtəlif tədbirlər təşkil olunub, müxtəlif ölkələrdən pavilyonlar təqdim edilib. Dövlət və beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər iqlim dəyişikliyi və bununla bağlı problemlərin həlli yollarına dair fikirlərini bölüşüblər.
Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) üçüncü iş günüdür.
İlk günlərdə müxtəlif tədbirlər təşkil olunub, müxtəlif ölkələrdən pavilyonlar təqdim edilib.
Dövlət və beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər iqlim dəyişikliyi və bununla bağlı problemlərin həlli yollarına dair fikirlərini bölüşüblər.
Rusiya Elmlər Akademiyasınını P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoy qeyd edib ki, 1995-ci ildən Xəzər dənizinin səviyyəsi aşağı düşür, indi bu proses kəskin şəkildə sürətlənib. O hesab edir ki, bununla bağlı müxtəlif adaptasiya tədbirləri görmək lazımdır.
Öz növbəsində, Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov COP29-un keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı əlaqələrimizi nəzərə alaraq, biz Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasını burada keçirmək qərarına gəldik. Biz həm də şadıq ki, bu ölkədə güzgü-karbon poliqonumuzun açılması ilə bağlı AR ilə razılığa gəldik” - Falkov əlavə edib.
COP29-da Ekologiya Ümumrusiya elmi-tədqiqat institunun rəhbəri Aleksandr Zakondırin isə deyib ki, Xəzər yoxa çıxan Aral dənizinin aqibətini yaşaya bilər.
“Əsrin sonuna praktiki olaraq Aral dənizinin vəziyyətinin yaranma təhlükəsi var. Bu gəmiçiliyi, təbii eytiyyatların hasilatını çətinləşdirəcək. Burada turizm infrastrukturu olmayacaq, inkişaf etdiriləsi heç nə qalmayacaq” - alim qeyd edib.