https://sputnik.az/20241113/azerbaycan-ve-rusiya-bas-nazirleri-emekdasligin-perspektivlerini-muzakire-edib-468084500.html
Azərbaycan və Rusiya baş nazirləri Bakıda görüşdülər: Hər şey yolunda gedir
Azərbaycan və Rusiya baş nazirləri Bakıda görüşdülər: Hər şey yolunda gedir
Sputnik Azərbaycan
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə... 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T19:13+0400
2024-11-13T19:13+0400
2024-11-13T22:03+0400
əli əsədov
siyasət
mixail mişustin
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134377_0:320:3072:2048_1920x0_80_0_0_5e14a3ffd70b6121c5fb0787059a14ab.jpg
BAKI, 13 noyabr — Sputnik. Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan dövlət səfərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar. Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər. Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb. Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib. Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb. Hökumət başçıları Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə prioritet diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub. Tərəflər humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər, mədəni, elmi, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar. Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.15.10.24, 16:24Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın perspektivlərini müzakirə edibAzərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib. Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər. Xatırladaq ki, bundan öncə - iyun ayında Azərbaycanın Baş Naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134377_577:438:2724:2048_1920x0_80_0_0_a9e1457016cc28ee5ad259f6f0299e7c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, mixail mişustin
əli əsədov, mixail mişustin
Azərbaycan və Rusiya baş nazirləri Bakıda görüşdülər: Hər şey yolunda gedir
19:13 13.11.2024 (Yenilənib: 22:03 13.11.2024) Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
BAKI, 13 noyabr — Sputnik. Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan dövlət səfərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar.
Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər.
Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb. Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib.
Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər.
Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Hökumət başçıları Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə prioritet diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub.
Tərəflər humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər, mədəni, elmi, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın perspektivlərini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib.
Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə - iyun ayında Azərbaycanın Baş Naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.