Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Mişustin Rusiyanın planlarını açıqladı: Qlobal istiləşmə ayrı-seçkiliyə bəhanə olmamalıdır

© Sputnik / Murad OrujovRusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 13.11.2024
Abunə olmaq
Mixail Mişustin bildirib ki, Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır.
BAKI, 13 noyabr - Sputnik. Qlobal istiləşmə ayrı-seçkilik üçün bəhanə olmamalıdır və yaşıl enerjiyə keçid ölkələrə zərər verməməlidir.
Bunu Rusiya hökumətinin rəhbəri Mixail Mişustin Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-da çıxışında bildirib.

"Az emissiyalı enerjiyə keçidin aşağı gəlirli ölkələrin inkişafına xələl gətirmədən baş verməsi vacibdir. Qlobal istiləşmə problemi ayrı-seçkilik, ədalətsiz rəqabət və süni məhdudiyyətlərin tətbiqi üçün bəhanə ola bilməz" - o deyib.

Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv məqsədlə razılaşmağa çağırıb:

"Biz onların dəstəyini real və onların düşdüyü şərtlərə uyğun etməliyik. Bundan əlavə, yüksək emissiyaları olan sənayelərin dekarbonlaşdırılmasına da vəsait ayrılmalıdır"

Mişustin qeyd edib ki, Rusiya Federasiyası bütün ölkələrlə iqlim sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya istixana tullantılarını azaltmağa çalışır və problemin qlobal miqyasda həlli üçün bütün maraqlı ölkələrlə əməkdaşlığa hazırdır.
“Rusiya aşağı karbonlu inkişaf məqsədlərinə sadiq qalır. Biz qanunvericiliyimizi təkmilləşdiririk. İqlim istiqamətində həssas ölkələrə könüllü yardım göstəririk və biz bu işi bütün maraqlı dövlətlərlə sıx dialoqda davam etdirməyə hazırıq" - deyə Rusiya baş naziri vurğulayıb.
Mişustin qeyd edib ki, karbon neytrallığı məhsul və xidmətlərin istehsalında istixana tullantılarının sıfıra endirilməsini və ya ekoloji təşəbbüslər vasitəsilə onların kompensasiya edilməsini nəzərdə tutur.
O əlavə edib ki, Rusiya istixana qazı tullantılarını 1990-cı il səviyyəsindən iki dəfədən çox azaltmağa nail olub: "Rusiya 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır".
Rusiyanın Baş naziri COP29 çərçivəsində BMT-nin Baş katibi ilə görüşüb
Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Mişustin Quterreşlə görüşündə BMT-nin qlobal çağırışlara və təhdidlərə cavab vermə çərçivəsində işinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, Rusiya Baş nazirinin iqlim sammitində iştirak edən dövlət, hökumət və beynəlxalq təşkilat rəhbərləri ilə başqa ikitərəfli görüşləri planlaşdırılmayıb.
Mişustin Bakıya gəlib
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.
Xəbər lenti
0