Tarixdə bu gün: 12 noyabr – FOTO
© Sputnik12 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 12 noyabr — Sputnik. Noyabrın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 12-də kimlər anadan olub?
Persival Lovell (1855-1916) - amerikalı iş adamı, şərqşünas, diplomat, astronom və riyaziyyatçıdır. O, 1907-ci ildə Arizona asteroidini (793) kəşf edən Mars planetinin tədqiqatçısıdır.
Lyudmila Qurçenko (1935-2011) - Sovet və Rusiya teatr və kino aktrisası, estrada müğənnisi, bəstəkar, rejissor və SSRİ xalq artistidir. O, XX əsrin ən görkəmli sovet kino aktrisalarından biridir.
Lyudmila Qurçenko
© Sputnik / Ruslan Krivobok
/ Rayan Qoslinq (1980) - kanadalı aktyor və musiqiçidir. O, "Qızıl Qlobus" da daxil olmaqla bir çox mükafatlara layiq görülüb.
© AP Photo / John LocherRayan Qoslinq
Rayan Qoslinq
© AP Photo / John Locher
Yuliya Kovalçuk (1982) - rusiyalı müğənni və teleaparıcıdır. O, "Blestyaşiye" pop qrupunun keçmiş solistidir.
Enn Heteuey (1982) - ABŞ aktrisası və müğənnisidir. O, "Emmi", "Qızıl Qlobus", BAFTA və "Oskar" mükafatları laureatıdır.
© Jordan Strauss
Enn Heteuey
Enn Heteuey
© Jordan Strauss
12 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1860-cı ildə ABŞ Gizli Xidməti yaradılıb. Onun işçilərinin ilkin vəzifəsi dollar saxtakarlığı ilə mübarizə aparmaq olub.
1960-cı ildə üç R-13 ballistik raketi olan 658 layihəli ilk sovet nüvə sualtı qayığı istifadəyə verilib.
1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. Həmin gün ölkədə ilk demokratik parlament seçkiləri keçirilib. 1996-cı ildə bu tarix Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.
2021-ci ildə Türk Dövlətləri Təşkilatı yaradıldıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII sammiti çərçivəsində onun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasının Ali ordeni ilə təltif edilib. Dövlət başçısına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.