https://sputnik.az/20241112/rusiya-ve-azerbaycan-birge-karbon-lifi-sinaq-poliqonunun-acilmasi-barede-raziliga-gelibler-468697178.html
Rusiya və Azərbaycan birgə karbon lifi sınaq poliqonunun açılması barədə razılığa gəliblər
Rusiya və Azərbaycan birgə karbon lifi sınaq poliqonunun açılması barədə razılığa gəliblər
Sputnik Azərbaycan
Bakıda Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclası keçirilib. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T17:16+0400
2024-11-12T17:16+0400
2024-11-12T17:16+0400
cop29
rusiya
təhsil naziri
cop29
karbon tullantıları
azərbaycan
elm
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468694739_0:0:1280:721_1920x0_80_0_0_0ba8f0d74bb93f22eb2e6155384a097e.jpg
BAKI, 12 noyabr - Sputnik. Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası yüksək səviyyədə keçirilir Bunu Sputnik Azərbaycan-a Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov COP29 çərçivəsində deyib.Onun sözlərinə görə, görüş iştirakçıları üç yeni layihəni nəzərdən keçiriblər ki, onlardan biri də xaricdə güzgü karbon sınaqları üçün poliqonların yaradılmasını nəzərdə tutur, yəni: Braziliyada, Bosniya və Herseqovinada, həmçinin Azərbaycanda.“Biz şadıq ki, Azərbaycanda poliqonumuzun açılması ilə bağlı razılığa gəldik. Bu, hər iki ölkə üçün çox əhəmiyyətlidir. Rusiya Elmlər Akademiyasının Aqroekologiya üzrə Federal Elmi Mərkəzi və Azərbaycan Meşə İnkişafı Xidməti birgə sınaq poliqonunun açılması barədə razılığa gəliblər”, - Falkov bildirib.Bundan əlavə, nazir bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin tapşırığı ilə birgə universitetin açılması fəal şəkildə müzakirə olunur.Qeyd edək ki, karbon sınaq meydançaları universitetlərin və elmi təşkilatların iştirakı ilə iqlim aktiv qazlarına nəzarət tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış unikal ekosistemə malik ərazilərdir.2021-ci ilin fevral ayında Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi karbon balansına nəzarət texnologiyalarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üçün Rusiya Federasiyasının regionlarında karbon sınağı sahələrinin yaradılması üzrə pilot layihəyə start verdi.Noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində noyabrın 12-13-də iqlim dəyişikliyi məsələlərinə dair dünya liderlərinin sammiti təşkil olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468694739_160:0:1121:721_1920x0_80_0_0_0d8f93271b3dc3ac1427d5900a1365da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
rusiya, təhsil naziri, cop29, karbon tullantıları, azərbaycan, elm, təhsil
rusiya, təhsil naziri, cop29, karbon tullantıları, azərbaycan, elm, təhsil
Rusiya və Azərbaycan birgə karbon lifi sınaq poliqonunun açılması barədə razılığa gəliblər
Bakıda Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclası keçirilib.
BAKI, 12 noyabr - Sputnik. Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası yüksək səviyyədə keçirilir Bunu Sputnik Azərbaycan-a Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov COP29 çərçivəsində deyib.
“Bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı münasibətlərimizi nəzərə alaraq, biz Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasını burada keçirmək qərarına gəldik. Rusiyada Elm və Ali Təhsil Nazirliyinin karbon poliqonlarının inkişafı layihəsi var. Bunlar universitetlərimizin bazasında yaradılmış xüsusi elmi və təhsil müəssisələridir. Onlar ölkənin müxtəlif bölgələrində yerləşir və bir neçə problemlərin həllinə yönəlib”, - Falkov deyib.
Onun sözlərinə görə, görüş iştirakçıları üç yeni layihəni nəzərdən keçiriblər ki, onlardan biri də xaricdə güzgü karbon sınaqları üçün poliqonların yaradılmasını nəzərdə tutur, yəni: Braziliyada, Bosniya və Herseqovinada, həmçinin Azərbaycanda.
“Biz şadıq ki, Azərbaycanda poliqonumuzun açılması ilə bağlı razılığa gəldik. Bu, hər iki ölkə üçün çox əhəmiyyətlidir. Rusiya Elmlər Akademiyasının Aqroekologiya üzrə Federal Elmi Mərkəzi və Azərbaycan Meşə İnkişafı Xidməti birgə sınaq poliqonunun açılması barədə razılığa gəliblər”, - Falkov bildirib.
Bundan əlavə, nazir bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin tapşırığı ilə birgə universitetin açılması fəal şəkildə müzakirə olunur.
“Biz COP29 çərçivəsində də bu layihənin həyata keçirilməsi üzərində işləyirik. Parametrləri, yeri, tələbələrin sayını, təhsil proqramını müzakirə edirik”, - rusiyalı nazir vurğulayıb.
Qeyd edək ki, karbon sınaq meydançaları universitetlərin və elmi təşkilatların iştirakı ilə iqlim aktiv qazlarına nəzarət tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış unikal ekosistemə malik ərazilərdir.
2021-ci ilin fevral ayında Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi karbon balansına nəzarət texnologiyalarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üçün Rusiya Federasiyasının regionlarında karbon sınağı sahələrinin yaradılması üzrə pilot layihəyə start verdi.
Noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində noyabrın 12-13-də iqlim dəyişikliyi məsələlərinə dair dünya liderlərinin sammiti təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.