DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb bankları Trampın qələbəsindən sonra RF-a qarşı sanksiyaların ləğvini müzakirə edirlər

© AP Photo / Evan VucciDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 12.11.2024
Abunə olmaq
Qərb maliyyə institutlarının bəzi treyderləri qəfildən rus rublu ilə əməliyyatların aparılması məsələsi ilə maraqlanıblar.
BAKI, 12 noyabr — Sputnik. Qərb bankları ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını müzakirə edirlər.
Bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
"Bu səhər bütün söhbətlər Rusiya ilə ticarətin necə aparılacağı və sanksiyaların ləğv edilib-edilməyəcəyi barədədir" - məlumatda bildirilib.
Portfel menecerlərindən biri nəşrə müsahibəsində qeyd edib ki, Qərb maliyyə institutlarının bəzi treyderləri qəfildən rus rublu ilə əməliyyatların aparılması məsələsi ilə maraqlanıblar.
Bundan əvvəl Qərbin Rusiyanın sanksiyaları necə aşdığını anlamaq istəyi barədə məlumat verilmişdi.
Xəbər lenti
0