Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Abunə olmaq
Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında hüquqi dövlətin qurulması üçün başlanğıc nöqtəsi sayılan respublikamızın ən yeni tarixindəki mühüm günlərdən birindən bəhs edilir.

Azərbaycan Respublikasının hazırda qüvvədə olan Konstitusiyası 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsindən sonra qəbul edilib və bununla da Azərbaycan xalqının tarixində yeni səhifə açılıb.

1995-ci il Konstitusiyası Azərbaycanın dövlət quruluşunun əsaslarını, dövlətlə cəmiyyət arasındakı yeni münasibətləri, hər bir vətəndaş, cəmiyyət və dövlət üçün ən vacib və sosial əhəmiyyətli hüquq və azadlıqları təsbit etdi.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas fundamental hüquqlar əlavə, lakin heç də az əhəmiyyət daşımayan hüquqlar üçün də bazadır. Azərbaycan Konstitusiyası son 14 ildə cəmiyyətimizdə baş verən proseslərdə mühüm rol oynayıb.

Əsas Qanunumuz həm də müxtəlif sahələrdə aparılan islahatların əsas mənbəyidir. Son on ildə ölkə Konstitusiyasına üç dəfə dəyişiklik edilib ki, onların da hamısı ümumxalq səsvermə yolu ilə qəbul olunub.

Xəbər lenti
0