https://sputnik.az/20241112/kerim-veliyev-mdb-mudafie-nazirleri-surasinin-novbeti-iclasinda-istirak-edib-468701153.html
Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Sputnik Azərbaycan
Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T17:30+0400
2024-11-12T17:30+0400
2024-11-12T17:30+0400
hərbi
müdafiə nazirliyi
azərbaycan
general-polkovnik kərim vəliyev
andrey belousov
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468700666_0:52:1000:615_1920x0_80_0_0_04dc2721b342540374836797f1b050c5.jpg
BAKI, 12 noyabr - Sputnik. Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bu barədə müdafiə nazirliyi məlumat yayıb.Bildirilir ki, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək. Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468700666_56:0:945:667_1920x0_80_0_0_fd9e4aa380a763f3a2e42d69267aa1c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, azərbaycan, general-polkovnik kərim vəliyev, andrey belousov
müdafiə nazirliyi, azərbaycan, general-polkovnik kərim vəliyev, andrey belousov
Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
BAKI, 12 noyabr - Sputnik. Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bu barədə müdafiə nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək.
Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.