https://sputnik.az/20241112/finlandiyanin-tampere-seherinde-qerbde-yegane-lenin-muzeyi-baglanir-468499741.html
Finlandiyanın Tampere şəhərində Qərbdə yeganə Lenin muzeyi bağlanır
Finlandiyanın Tampere şəhərində Qərbdə yeganə Lenin muzeyi bağlanır
Sputnik Azərbaycan
Tamperedəki Lenin Muzeyi" Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T20:32+0400
2024-11-12T20:32+0400
2024-11-12T20:32+0400
finlandiya
dünya xəbərləri
vladimir lenin
stalin
ev
görüş
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468499570_0:211:2895:1839_1920x0_80_0_0_20d5995c935a008a24f5915f03551aea.jpg
BAKI, 12 noyabr — Sputnik. Finlandiyanın Tampere şəhərində Vladimir Lenin və İosif Stalinin 1905-ci ildə ilk dəfə görüşdüyü Fəhlə Evində yerləşən Qərbdə yeganə Lenin Muzeyi bağlanır. Bu barədə "RİA Novosti" yazıb. Tamperedəki Lenin Muzeyi "Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb. Bu illər ərzində o, Sovet liderləri Nikita Xruşşov, Leonid Brejnev və kosmonavt Yuri Qaqarini qonaq kimi qəbul edib. Lenin Muzeyinin yerində Finlandiyanın müstəqilliyindən NATO-ya daxil olmasına qədər Finlandiya və Rusiya arasındakı münasibətlərin tarixinə həsr olunacaq yeni "Nootti" mərkəzi (fin dilindən "qeyd" kimi tərcümə olunur) açılacaq. Yeni muzeyin açılışı 2025-ci il fevralın 15-nə planlaşdırılıb. Muzeyin bağlanması bu ilin aprelində məlum olub. Onun direktorunun sözlərinə görə, ad artıq sərgilərin məzmununu əks etdirmir və ziyarətçiləri çaşdırır. Qərarı Finlandiya hakimiyyətinin təzyiqi olmadan muzey rəhbərliyinin özü verib. Muzey 2023-cü ilin iyulunda bağlanana qədər rekord sayda 3351 nəfər tərəfindən ziyarət edilib ki, bu da 1980-ci illərdə "İnturist" proqramı çərçivəsində Sovet turistlərinin Finlandiyaya gəlməsindən bəri ən yüksək rəqəmdir. Qeyd edək ki, 2022-ci ildə Finlandiyanın Kotka şəhərində Vladimir Leninin sonuncu heykəli sökülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468499570_83:0:2814:2048_1920x0_80_0_0_5d17bc129642d63b8669a08536cea9b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
finlandiya, vladimir lenin, stalin, ev, görüş
finlandiya, vladimir lenin, stalin, ev, görüş
Finlandiyanın Tampere şəhərində Qərbdə yeganə Lenin muzeyi bağlanır
Tamperedəki Lenin Muzeyi" Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb.
BAKI, 12 noyabr — Sputnik. Finlandiyanın Tampere şəhərində Vladimir Lenin və İosif Stalinin 1905-ci ildə ilk dəfə görüşdüyü Fəhlə Evində yerləşən Qərbdə yeganə Lenin Muzeyi bağlanır. Bu barədə "RİA Novosti" yazıb.
Tamperedəki Lenin Muzeyi "Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb. Bu illər ərzində o, Sovet liderləri Nikita Xruşşov, Leonid Brejnev və kosmonavt Yuri Qaqarini qonaq kimi qəbul edib.
Lenin Muzeyinin yerində Finlandiyanın müstəqilliyindən NATO-ya daxil olmasına qədər Finlandiya və Rusiya arasındakı münasibətlərin tarixinə həsr olunacaq yeni "Nootti" mərkəzi (fin dilindən "qeyd" kimi tərcümə olunur) açılacaq. Yeni muzeyin açılışı 2025-ci il fevralın 15-nə planlaşdırılıb.
Muzeyin bağlanması bu ilin aprelində məlum olub. Onun direktorunun sözlərinə görə, ad artıq sərgilərin məzmununu əks etdirmir və ziyarətçiləri çaşdırır. Qərarı Finlandiya hakimiyyətinin təzyiqi olmadan muzey rəhbərliyinin özü verib.
Muzey 2023-cü ilin iyulunda bağlanana qədər rekord sayda 3351 nəfər tərəfindən ziyarət edilib ki, bu da 1980-ci illərdə "İnturist" proqramı çərçivəsində Sovet turistlərinin Finlandiyaya gəlməsindən bəri ən yüksək rəqəmdir.
Qeyd edək ki, 2022-ci ildə Finlandiyanın Kotka şəhərində Vladimir Leninin sonuncu heykəli sökülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.