https://sputnik.az/20241112/cop29-cercivesinde-uc-muhum-sened-imzalanib---muxtar-babayev-468709437.html
COP29 iştirakçıları insan həyatının xilası üçün vəsait xərcləməkdən çəkinməməlidir - Nazir
COP29 iştirakçıları insan həyatının xilası üçün vəsait xərcləməkdən çəkinməməlidir - Nazir
Sputnik Azərbaycan
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini davam etdirir. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T18:01+0400
2024-11-12T18:01+0400
2024-11-12T18:03+0400
cop29
muxtar babayev
cop29
maliyyə
fond
iqlim
müqavilə
filippin
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0b/468673696_0:0:945:532_1920x0_80_0_0_91b3f4a20fe37944c1fca4b95386fbd8.jpg
BAKI, 12 noyabr - Sputnik. COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev "Öhdəliklərdən fəaliytətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda tədbirdə deyib.İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong deyib ki, COP29 Prezidentliyi istər bu tədbirin davam etdiyi müddətdə iqlim dəyişikliyi təsirlərinin qarşısının alınması üçün tədbirləri diqqətdə saxlamalıdır:"Biz bu tədbirdən iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi yeniliklər gözləyirik. Ümid edirəm ki, mən Bakını nəticəsiz tərk etməyəcəyəm".İtki və Zərərlərə Cavab Verən Fondun İdarə Heyətinin həmsədri Jan-Kristof Donnelyenin sözlərinə görə isə, COP29-da tərəflərin konstruktiv müzakirələr aparması və iqlim maliyyəsi sahəsində irəliləyişə hərtərəfli kömək edəcək:"Mən bu mötəbər tədbirə göstərilən diqqətə görə bütün dünya ictimaiyyətinə təşəkkür edirəm. Hər bir ölkə anlamalıdır ki, iqlim maliyyəsinin təminatı asan məsələ olmasa da mütləq şəkildə öz həllini tapmalıdır".Daha sonra İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.İmzalanan növbəti sənəd isə Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi olub:Filippinin Ətraf Mühit və təbii ehtiyatlar naziri Mariya Antonia Yulo Loysaqa iqlim fəaliyyətində hər bir dövlətin fəallığını vacib sayıb:"UNFCCC katibliyi ilə keçirilən görüşlərdə çox məhsuldar müzakirələr apardıq. Bakıya böyük ümidlərlə gəlmişik. Hesab edirik ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı məqsədlərə nail olmaq təkcə Filippinin və ya hansısa başqa bir dövlətin işi deyil. Burada hər bir ölkə fəal olmalıdır. İndiki məqamda COP29 tədbirini təşkil edilməsi iştirakçı dövlətlərin arasında mühüm perspektivlər açır".İsveç tərəfi adından çıxış edən nümayəndə heyətinin üzvü ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəyə 11 milyon dollar ayıracağını elan edib.Qeyd edək ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb.Bu gün sessiyanın ikinci günü keçirilir. Sessiya Azərbaycanda bu səviyyəli ən böyük tədbirdir. COP29 çərçivəsində dünya liderlərinin iqlim sammiti təşkil olunub.Bəyan edilmiş məqsədlər fonunda Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edib və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0b/468673696_105:0:945:630_1920x0_80_0_0_b3ceb42e53b080a1cea4b457d49925c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, cop29, maliyyə, fond, iqlim, müqavilə, filippin
muxtar babayev, cop29, maliyyə, fond, iqlim, müqavilə, filippin
COP29 iştirakçıları insan həyatının xilası üçün vəsait xərcləməkdən çəkinməməlidir - Nazir
18:01 12.11.2024 (Yenilənib: 18:03 12.11.2024) Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini davam etdirir.
BAKI, 12 noyabr - Sputnik. COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev "Öhdəliklərdən fəaliytətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda tədbirdə deyib.
"COP29 bizim üçün yaşıl dünya naminə həmrəylik məqsədlərinə nail olmaq üçün əsas açar olacaq. Əgər bu gün biz təbiətin və bəşəriyyətin xilası üçün tədbirlər görməsək, bu qərarsızlığın nəticələri gələcəkdə çox ciddi problemlər yaracacaq", - nazir bildirib.
İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong deyib ki, COP29 Prezidentliyi istər bu tədbirin davam etdiyi müddətdə iqlim dəyişikliyi təsirlərinin qarşısının alınması üçün tədbirləri diqqətdə saxlamalıdır:
"Biz bu tədbirdən iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi yeniliklər gözləyirik. Ümid edirəm ki, mən Bakını nəticəsiz tərk etməyəcəyəm".
İtki və Zərərlərə Cavab Verən Fondun İdarə Heyətinin həmsədri Jan-Kristof Donnelyenin sözlərinə görə isə, COP29-da tərəflərin konstruktiv müzakirələr aparması və iqlim maliyyəsi sahəsində irəliləyişə hərtərəfli kömək edəcək:
"Mən bu mötəbər tədbirə göstərilən diqqətə görə bütün dünya ictimaiyyətinə təşəkkür edirəm. Hər bir ölkə anlamalıdır ki, iqlim maliyyəsinin təminatı asan məsələ olmasa da mütləq şəkildə öz həllini tapmalıdır".
Daha sonra İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İmzalanan növbəti sənəd isə Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi olub:
Filippinin Ətraf Mühit və təbii ehtiyatlar naziri Mariya Antonia Yulo Loysaqa iqlim fəaliyyətində hər bir dövlətin fəallığını vacib sayıb:
"UNFCCC katibliyi ilə keçirilən görüşlərdə çox məhsuldar müzakirələr apardıq. Bakıya böyük ümidlərlə gəlmişik. Hesab edirik ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı məqsədlərə nail olmaq təkcə Filippinin və ya hansısa başqa bir dövlətin işi deyil. Burada hər bir ölkə fəal olmalıdır. İndiki məqamda COP29 tədbirini təşkil edilməsi iştirakçı dövlətlərin arasında mühüm perspektivlər açır".
İsveç tərəfi adından çıxış edən nümayəndə heyətinin üzvü ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəyə 11 milyon dollar ayıracağını elan edib.
Qeyd edək ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb.
Bu gün sessiyanın ikinci günü keçirilir. Sessiya Azərbaycanda bu səviyyəli ən böyük tədbirdir. COP29 çərçivəsində dünya liderlərinin iqlim sammiti təşkil olunub.
Bəyan edilmiş məqsədlər fonunda Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edib və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.