Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Bərpa olunan enerji və səmərəliliyə investisiyalarla bağlı Nazirlər Dialoqu keçirilib

© Sputnik / Murad OrujovCOP29
COP29 - Sputnik Azərbaycan, 1920, 12.11.2024
Abunə olmaq
COP29 Prezidentliyinin, əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsü müzakirə edilib.
BAKI, 12 noyabr - Sputnik. COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksək səviyyəli Nazirlər Dialoqu keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb.
Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.
Energetika naziri Parviz Şahbazov deyib:

“Bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”.

© Sputnik / Kemale AliyevaParviz Şahbazov
Министр энергетики Парвиз Шахбазов на панельной дискуссии  - Sputnik Azərbaycan, 1920, 12.11.2024
Parviz Şahbazov
Nazir Azərbaycanın 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələr də həyata keçirdiyini də bildirib:

“2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-ə yüksəldəcək. Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır".

Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq” İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.
Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalq birlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğunun aradan qaldırılması” adlı panel müzakirələrlə davam edib. Qeyd edək ki, tədbirdə 40-dan çox ölkə və təşkilatdan nümayəndə təmsil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0