https://sputnik.az/20241111/xezer-denizi-kicilir-qafqazda-sirin-su-yoxa-cixir---cop29-un-sedrinden-sos-468673953.html
Xəzər dənizi kiçilir, Qafqazda şirin su yoxa çıxır - COP29-un sədrindən SOS
Xəzər dənizi kiçilir, Qafqazda şirin su yoxa çıxır - COP29-un sədrindən SOS
Sputnik Azərbaycan
Muxtar Babyev deyib ki, indi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik. 11.11.2024, Sputnik Azərbaycan
2024-11-11T18:09+0400
2024-11-11T18:09+0400
2024-11-11T22:42+0400
cop29
xəzər dənizi
muxtar babayev
şirin sulu
qafqaz
qafqaz
cənubi qafqaz
iqlim
qlobal iqlim dəyişikliyi
birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053396_0:180:2730:1717_1920x0_80_0_0_1756d2e8a6c9c40a645fb0b8bf2e9ca5.jpg
BAKI, 11 noyabr - Sputnik. Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur.Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.O qeyd edib ki, bunun üçün də milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir: “Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”.COP29-un prezidenti qeyd edib ki, iqlim planları çərçivəsində mühüm tematik sahələrə müraciət edilməlidir: “Bu planlar yaş və gender məsələlərinə həssas olmalıdır. Biz ən son elmi məlumatlara və təhlükəsizlikdən tutmuş gələcək nəsillər qarşısındakı digər öhdəliklərə nəzər salsaq, görərik ki, COP29 Paris Sazişi üçün əsl dönüş nöqtəsidir. İndi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik”.
qafqaz
cənubi qafqaz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053396_0:0:2730:2048_1920x0_80_0_0_9dbaa4708e87c89cf419702fd94c5abb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dənizi, muxtar babayev, şirin sulu, qafqaz, qafqaz, cənubi qafqaz, iqlim, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
xəzər dənizi, muxtar babayev, şirin sulu, qafqaz, qafqaz, cənubi qafqaz, iqlim, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
Xəzər dənizi kiçilir, Qafqazda şirin su yoxa çıxır - COP29-un sədrindən SOS
18:09 11.11.2024 (Yenilənib: 22:42 11.11.2024) Muxtar Babyev deyib ki, indi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik.
BAKI, 11 noyabr - Sputnik. Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur.
Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.
O qeyd edib ki, bunun üçün də milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir:
“Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”.
COP29-un prezidenti qeyd edib ki, iqlim planları çərçivəsində mühüm tematik sahələrə müraciət edilməlidir:
“Bu planlar yaş və gender məsələlərinə həssas olmalıdır. Biz ən son elmi məlumatlara və təhlükəsizlikdən tutmuş gələcək nəsillər qarşısındakı digər öhdəliklərə nəzər salsaq, görərik ki, COP29 Paris Sazişi üçün əsl dönüş nöqtəsidir. İndi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik”.