Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan səmasında ara-sıra sürətli hərəkət edən obyektlər görünür - Rəsmi

© iStock.com / buradakiИллюстрация астероида, вращающегося вокруг Солнца рядом с Землей
Иллюстрация астероида, вращающегося вокруг Солнца рядом с Землей - Sputnik Azərbaycan, 1920, 11.11.2024
Abunə olmaq
Bu gecə Mərdəkan səmasında müşahidə olunan meteorlar orionitlərdir.
BAKI, 11 noyabr - Sputnik. Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi səmasında meteor müşahidə olunub.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov Report-a deyib.
O bildirib ki, səmada ara-sıra sürətli hərəkət edən obyektlər görünür:
“El arasında buna ulduz axını deyirlər. Əslində, bunlar Günəş sistemindəki cisimlərdən, asteroidlərdən qopan daş, buz qəlpələridir. Bu qəlpələr bəzən Yerin atmosferinə də sürətlə daxil olur, daha sonra yanıb kül olurlar. Bu gecə səmada müşahidə olunan meteorlar orionitlərdir. Bunlar Orion bürcünə düşdüyü üçün belə adlanır.
İlin aylarından asılı olaraq, hündür dağlıq ərazilərdən bu meteorları müşahidə etmək mümkündür. Orionitlər ən sürətli hərəkət edən meteorit hesab olunur. Onların sürəti saniyədə 66 kilometrə çatır. Onlardan bəziləri atmosferlə sürtüşmə zamanı külə çevrilsə də, Yerə çatanı da olur. Bu meteorlar yaşayış məskənlərinə düşəndə, fəsadlara səbəb ola bilər”.
Xəbər lenti
0