Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İkinci çörəyi hansı ərzaqlar əvəz edə bilər? Rus endokrinoloqdan faydalı məsləhətlər

© Sputnik / Murad OrujovBakıda yarmarkada kartof satışı, arxiv
Bakıda yarmarkada kartof satışı, arxiv - Sputnik Azərbaycan, 1920, 10.11.2024
Abunə olmaq
Borşda, kələm şorbasında, vineqretdə, rulet və piroqların içliklərində kartof əvəzinə lobyadan istifadə etmək olar.
BAKI, 10 noyabr — Sputnik. Yeməkdə kartofa alternativ batat, topinambur, lobya, kərəviz və turp ola bilər.
Bunu Rusiyanın Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının endokrinoloqu Anna Kuznetsova deyib.
"RİA Novosti" bu barədə xəbər verib.
O qeyd edib ki, kartofla, demək olar ki, eyni qida dəyərinə baxmayaraq, batatda daha çox lif və yavaş karbohidratlar var. Bundan əlavə, onun tərkibində kartofdan xeyli çox kalsium və maqnezium, B6 vitamini və əhəmiyyətli miqdarda A vitamini var.
Topnamburda çoxlu inulin - təbii prebiotik var. O, bağırsaq mikroflorasını sabitləşdirməyə, maddələr mübadiləsini yaxşılaşdırmağa və artıq çəki artımının qarşısını almağa kömək edir.
"Bundan əlavə, topinamburda kalsium, dəmir, maqnezium, fosfor, natrium, mis, selen, folat və xolin var", - Kuznetsova qeyd edib.
Həkim əlavə edib ki, borşda, kələm şorbasında, vineqretdə, rulet və piroqların içliklərində kartof əvəzinə lobyadan istifadə etmək olar. O xatırladıb ki, lobyanın tərkibində zülal və karbohidratlar yüksəkdir. O, həmçinin kartofdan daha çox lif və geniş çeşiddə B vitaminləri və mineralları ehtiva edir.
Kərəviz, demək olar ki, bütün yeməklərdə - kartof püresi, şorbalar və s.-də kartofu əvəz edə bilər. Onu göbələklə qızartmaq, qaynadıb Olivye salatına əlavə etmək və ya çiy halda yemək olar. Kərəviz bədəndən lazımsız mayenin çıxarılmasına kömək edir, tərkibində efir yağı, C, E, K, A, B qrupu vitaminləri, kalsium, purin və fosfor var. Bununla belə, kərəviz kartof kimi nişastalı deyil.
Kuznetsova, həmçinin kartofdan daha çox turp yeməyi tövsiyə edib. Turp zəngin vitamin və mineral tərkibə malikdir, onu uzun müddət saxlamaq olur. Turpun tərkibində A, C, B9 və PP vitaminləri, kalsium və soyuqdəymə ilə mübarizə aparan efir yağları var.
Bundan əvvəl Azərbaycanın Rusiyanın Volqoqrad vilayətinə 35 tondan çox meyvə tədarük etdiyi barədə məlumat verilmişdi.
Xəbər lenti
0