CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN Azərbaycana qarşı dezinformasiyanın qarşısını alıb

© AR Ministry of Internal Affairs Daxili İşlər Nazirliyi
 Daxili İşlər Nazirliyi  - Sputnik Azərbaycan, 1920, 10.11.2024
Abunə olmaq
Telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
BAKI, 10 noyabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
DİN "X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
“Yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə məşğul olan şirkətlərdən birinə aiddir”, - DİN-dən bildirilib.
Xəbər lenti
0