NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropaya qış qazı tədarükü təhlükə altındadır

© iStock.com / nimis69Qaz anbarı, arxiv
Qaz anbarı, arxiv - Sputnik Azərbaycan, 1920, 10.11.2024
Abunə olmaq
Bu gün Avropanın qaz anbarları doludur... Lakin tədarükdə bir neçə fasilə kifayətdir ki, dəyişikliklər baş versin və hər şey pisləşsin.
BAKI, 10 noyabr — Sputnik. Avropa İttifaqı ölkələri qış aylarında qaz təchizatında fasilələrlə üzləşmək təhlükəsi ilə üz-üzədirlər.
Bu barədə "Financial Times" yazıb.
"Bu gün Avropanın qaz anbarları doludur... Lakin tədarükdə bir neçə fasilə kifayətdir ki, dəyişikliklər baş versin və hər şey pisləşsin" - Nəşr treyderlərdən birinin sözlərini sitat gətirib.
Vəziyyətə Avropa qaz bazarının artıq bir müddətdir "Rusiya boru kəməri qazından mayeləşdirilmiş təbii qaza (MTQ) istiqamətlənmənin nəticəsi olaraq qeyri-sabit qlobal enerji bazarları ilə sıx bağlı olması" təsir edə bilər.
"Aİ-yə qəfildən şiddətli soyuqlar gələrsə və eyni zamanda Rusiya qazının axması dayanarsa, o zaman yanacağın qiymətləri artmağa başlayacaq" – "Rabobank"ın analitiki Florens Şmit deyib.
Eyni zamanda, o qeyd edib ki, digər boru kəmərləri vasitəsilə böyük yanacaq tədarükü üçün alternativ variantların olması ehtimalı azdır və buna görə də onun böyük hissəsi MTQ ilə əvəz edilməli olacaq.
"Bununla belə, hazırda yeni MTQ ixrac qurğularının işə salınmasında gecikmələr olduğundan, bu qış Avropaya maye qaz tədarükünün artımı məhdud olaraq qalacaq" – "Kpler"şirkətinin ekspertləri belə hesab edirlər.
Yaxın Şərqdəki gərgin vəziyyətin mümkün nəticələri ilə bağlı narahatlıqlar da var. Regionda münaqişə güclənərsə və Hörmüz boğazının bağlanmasına səbəb olarsa, bu, dünyanın mayeləşdirilmiş təbii qaz təchizatının 20%-ni təhdid edə bilər.
Xatırladaq ki, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqının Rusiyadan qaz idxalı olmadan keçinmək imkanının olduğunu və Rusiya Federasiyası ilə yeni müqavilələrin imzalanmasının bəzi ölkələrin siyasi seçimi kimi qiymətləndirilməli olduğunu bildirib.
Bundan əvvəl "Qazprom"un rəhbəri Aleksey Miller demişdi ki, bəzi ekspertlər Avropanın qaz bazarındakı vəziyyəti "Avropanın enerji intiharı" adlandırırlar.
Xəbər lenti
0