DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb 2025-ci ildə Ukraynaya yardımı tamamilə kəsə bilər

© AP Photo / Mstyslav ChernovUkraynalı
Ukraynalı  - Sputnik Azərbaycan, 1920, 09.11.2024
Abunə olmaq
Türkiyənin münaqişənin hər iki tərəfi ilə xüsusi əlaqələri var.
BAKI, 9 noyabr — Sputnik. Qərb ölkələrinin 2025-ci ildə Ukraynaya hərbi yardımı tamamilə azaltması ehtimalı çox yüksəkdir, ona görə də vəziyyətin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı müzakirələr gələn ilin birinci yarısında bərpa olunacaq.
Bunu "RİA Novosti"yə türkiyəli analitik Serhat Lətifoğlu deyib.
"Sülh danışıqları mövzusu 2025-ci ilin birinci yarısında yenidən aktuallaşacaq. Çünki Ukraynaya hərbi dəstəyin dayandırılması ehtimalı çox yüksəkdir. Qərb dövlətlərinin ora silah və muzdlularını göndərməsinə baxmayaraq, münaqişədə vəziyyət Qərbin xeyrinə dəyişmir. Ona görə də hərbi yardım gec-tez dayanacaq. Ukrayna sülh danışıqlarına girməyə məcbur olacaq" - analitik bildirib.
O həmçinin əlavə edib ki, Türkiyə diplomatik vasitəçi kimi bununla bağlı addımlar atır.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin həlli üçün zəruri şərt elan etmişdi. Nazir Hakan Fidan qeyd edib ki, Türkiyənin münaqişənin hər iki tərəfi ilə xüsusi əlaqələri var.
Xəbər lenti
0