https://sputnik.az/20241109/jurnalistikada-suni-intellekt-pese-ucun-yeni-imkanlar-yoxsa-tehluke-468522978.html
Jurnalistikada süni intellekt: peşə üçün yeni imkanlar, yoxsa təhlükə?
Jurnalistikada süni intellekt: peşə üçün yeni imkanlar, yoxsa təhlükə?
Sputnik Azərbaycan
Artıq media korporasiyaları süni aparıcıları sınaqdan keçirirlər. Jurnalistlər isə mətnləri düzəltmək, məlumatı axtarmaq və emal etmək üçün süni intellektdən... 09.11.2024, Sputnik Azərbaycan
2024-11-09T10:28+0400
2024-11-09T10:28+0400
2024-11-09T10:28+0400
süni intellekt
elm
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851622_0:103:3017:1800_1920x0_80_0_0_d60f513afb3b0513ee95c303c92f0a4a.jpg
BAKI, 9 noyabr — Sputnik. Süni intellekt və neyron şəbəkələri yavaş-yavaş, lakin şübhəsiz ki, həyatımızın ayrılmaz hissəsinə çevrilir. Demək olar ki, istənilən onlayn platforma, şəbəkə xidməti və smartfon bu və ya digər şəkildə neyron şəbəkələrdən istifadə edir. Mütəxəssislər neyron şəbəkələrin tezliklə bəzi peşələrdə insanları əvəzləyəcəyini proqnozlaşdırırlar. Artıq media korporasiyaları süni aparıcıları sınaqdan keçirirlər. Jurnalistlər isə mətnləri düzəltmək, məlumatı axtarmaq və emal etmək üçün süni intellektdən fəal şəkildə istifadə edirlər. "Rossiya Seqodnya" media qrupunun xüsusi layihələrinin direktoru Mixail Konrad "Sputnik Qırğızıstan" radiosunda son vaxtlar elmi fantastika kimi görünən texnologiyalara necə tez alışdığımız barədə danışıb. "Gözümüzün önündə sürətlə baş verən hər şeyin reallıqda uzun tarixi var. Ən böyük addımlar bir neçə il bundan əvvəl atılıb. Amma kumulyativ effekt sözün əsl mənasında bir il ərzində əldə edilib, ona görə də elə görünür ki, hər şey bir anda baş verib. Fikrimcə, bu vasitələr gündəlik işlərin vaxtını azaltmaq üçün hazırlanıb və insanlar yaradıcı işlərə daha çox zaman ayıra biləcəklər. Mənə elə gəlir ki, yaxın gələcəkdə süni intellekt insanı tamamilə əvəz edə bilməyəcək" - Konrad belə hesab edir. Qonağımız süni intellektin inkişafı ilə bağlı hansı peşələrin meydana çıxa biləcəyini və neyron şəbəkənin çıxardığı nəticələrə tam etibar edib-etməyəcəyimizi də izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851622_288:0:3017:2047_1920x0_80_0_0_da9835efd51ebc24e7e07b2bfe71580e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
süni intellekt, "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
süni intellekt, "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
Jurnalistikada süni intellekt: peşə üçün yeni imkanlar, yoxsa təhlükə?
Artıq media korporasiyaları süni aparıcıları sınaqdan keçirirlər. Jurnalistlər isə mətnləri düzəltmək, məlumatı axtarmaq və emal etmək üçün süni intellektdən fəal şəkildə istifadə edirlər.
BAKI, 9 noyabr — Sputnik. Süni intellekt və neyron şəbəkələri yavaş-yavaş, lakin şübhəsiz ki, həyatımızın ayrılmaz hissəsinə çevrilir. Demək olar ki, istənilən onlayn platforma, şəbəkə xidməti və smartfon bu və ya digər şəkildə neyron şəbəkələrdən istifadə edir.
Mütəxəssislər neyron şəbəkələrin tezliklə bəzi peşələrdə insanları əvəzləyəcəyini proqnozlaşdırırlar. Artıq media korporasiyaları süni aparıcıları sınaqdan keçirirlər. Jurnalistlər isə mətnləri düzəltmək, məlumatı axtarmaq və emal etmək üçün süni intellektdən fəal şəkildə istifadə edirlər. "Rossiya Seqodnya" media qrupunun xüsusi layihələrinin direktoru Mixail Konrad "Sputnik Qırğızıstan" radiosunda son vaxtlar elmi fantastika kimi görünən texnologiyalara necə tez alışdığımız barədə danışıb.
"Gözümüzün önündə sürətlə baş verən hər şeyin reallıqda uzun tarixi var. Ən böyük addımlar bir neçə il bundan əvvəl atılıb. Amma kumulyativ effekt sözün əsl mənasında bir il ərzində əldə edilib, ona görə də elə görünür ki, hər şey bir anda baş verib. Fikrimcə, bu vasitələr gündəlik işlərin vaxtını azaltmaq üçün hazırlanıb və insanlar yaradıcı işlərə daha çox zaman ayıra biləcəklər. Mənə elə gəlir ki, yaxın gələcəkdə süni intellekt insanı tamamilə əvəz edə bilməyəcək" - Konrad belə hesab edir.
Qonağımız süni intellektin inkişafı ilə bağlı hansı peşələrin meydana çıxa biləcəyini və neyron şəbəkənin çıxardığı nəticələrə tam etibar edib-etməyəcəyimizi də izah edib.