https://sputnik.az/20241109/deputat-azerbaycanin-avropaya-qaz-ixracinda-yeni-artim-qeyde-alinib-468554207.html
Deputat: Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb
Deputat: Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb
Sputnik Azərbaycan
Vüqar Bayramov bildirib ki, Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin... 09.11.2024, Sputnik Azərbaycan
2024-11-09T18:19+0400
2024-11-09T18:19+0400
2024-11-09T18:19+0400
qaz
iqtisadiyyat
tap
cənub
dəhliz
xəzər
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:256:2730:1792_1920x0_80_0_0_c337cb8ec1dfb22099036c5aa36058e3.jpg
BAKI, 9 noyabr — Sputnik. "Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb. Bu ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb. Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb". Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib. O bildirib ki, cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib: "Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib". Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur" Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur:Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir. Trans-Adriatik Boru Kəməri (TAP) Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:0:2730:2048_1920x0_80_0_0_81a7ef5bc6501f13375e490d5ef4cb8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, tap, cənub, dəhliz, xəzər, avropa
qaz, tap, cənub, dəhliz, xəzər, avropa
Deputat: Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb
Vüqar Bayramov bildirib ki, Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır.
BAKI, 9 noyabr — Sputnik. "Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb. Bu ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb. Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib: "Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib".
"Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq Avropa İttifaqına qaz ixracı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub", - deyə deputat əlavə edib.
Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur:
"Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Trans-Adriatik Boru Kəməri (TAP)
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.