https://sputnik.az/20241109/azerbaycanda-istehsal-olunan-broyler-toyuqlari-ve-yumurtalari-barede-sok-iddialar-468496146.html
Azərbaycanda istehsal olunan broyler toyuqları və yumurtaları barədə şok iddialar
Azərbaycanda istehsal olunan broyler toyuqları və yumurtaları barədə şok iddialar
Sputnik Azərbaycan
Mürvət Həsənli bildirib ki, bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri... 09.11.2024, Sputnik Azərbaycan
2024-11-09T20:00+0400
2024-11-09T20:00+0400
2024-11-09T20:00+0400
toyuq
cəmiyyət
quş əti
zərər
zərərli maddə
kimyəvi
işıq
gecə-gündüz bərabərliyi
yumurta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512183_0:139:3096:1881_1920x0_80_0_0_16d0a9ab82050084803932c0088362c1.jpg
BAKI, 9 noyabr — Sputnik. Son günlər yenidən bir sıra internet portallarında broyler toyuğu və yumurtasının insan orqanizminə zərərləri mövzusunda yazılar yer almağa başlayıb. Həmin yazılarda qidalanma mütəxəssisi kimi təqdim edilən Məhsəti Hüseynova quşçuluq təsərrüfatlarının fəaliyyəti, müəssisələrdə toyuqların yetişdirilməsi, yumurta istehsalına dair fikirləri yer alıb. Bu faktlar təqdim edilməlidir! Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sözügedən iddialara cavab verib. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan quşçuluq təsərrüfatlarının sahə birliyi olaraq M.Hüseynovadan əlində olan və broyler toyuğunun, yumurtasının insan orqanizminə zərərləri ilə bağlı dediklərini sübut edən faktları təqdim etməsini tələb edirlər:"Bu açıqlamalar quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurur" M.Həsənli onu da bildirib ki, quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurması, antireklam təbliğatı aparmasına görə M.Hüseynova barədə məhkəmə iddiası qaldıracaqlar. "Çünki o xanım heç bir elmi tədqiqat, laborator analiz nəticələri təqdim etmədən broyler toyuğu və yumurtasında antibiotiklərin, hormonal dərmanların olduğunu iddia edib. Bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır. Dünyada indiyədək bu istiqamətdə hansısa zərəri sübut edən tədqiqat nəticəsi açıqlanmayıb. Bu halda M.Hüseynova iddia etdiyi məlumatları haradan alıb? Hansı tədqiqatlara istinadən Azərbaycan quşçuluq təsərrüfatlarının biznes imicinə, istehsal prosesinə zərbə vuran iddialarla çıxış edir? Axı bu sahədə on minlərlə insan çalışır və aldığı əmək haqqı ilə ailəsini saxlayır. Bu qədər insanın rifahını heç bir elmi tədqiqata, konkret fakta əsaslanmayan iddialarla təhlükəyə atmaq nə qədər məntiqlidir?", - deyə Mürvət Həsənli bildirib. Broyler yumurtalarıın tərkibində hormonal dərmanlar varsa niyə ixrac zamanı üzə çıxmır? M.Həsənli onu da deyib ki, quşçuluq sahəsi müxtəlif xəstəliklərə qarşı ən həssas sahələrdən biridir. Buna görə də bu sahədə müxtəlif dərman preparatlarından istifadə olunması bütün dünyada tətbiq olunan praktikadır:Broyler toyuqlar necə sürətlə böyüyür? Qeyd edək ki, qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu günlərdə mətbuata açıqlamasında bildirib ki, royler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:"Cinsi yetişkənliyə mənfi təsir edir" Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir: Süni işıqlarla yumurtlama sayı artırılır Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır: "Həmin toyuqların yumurtlaması üçüm süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikro elementlər kənd yumurtasına görə daha aşağı olur. Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımından heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512183_202:0:2895:2020_1920x0_80_0_0_191a8e42e0691f62cebd3cc660f909b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
toyuq, quş əti, zərər, zərərli maddə, kimyəvi, işıq, gecə-gündüz bərabərliyi, yumurta, azərbaycan, broyler
toyuq, quş əti, zərər, zərərli maddə, kimyəvi, işıq, gecə-gündüz bərabərliyi, yumurta, azərbaycan, broyler
Azərbaycanda istehsal olunan broyler toyuqları və yumurtaları barədə şok iddialar
Mürvət Həsənli bildirib ki, bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır.
BAKI, 9 noyabr — Sputnik. Son günlər yenidən bir sıra internet portallarında broyler toyuğu və yumurtasının insan orqanizminə zərərləri mövzusunda yazılar yer almağa başlayıb. Həmin yazılarda qidalanma mütəxəssisi kimi təqdim edilən Məhsəti Hüseynova quşçuluq təsərrüfatlarının fəaliyyəti, müəssisələrdə toyuqların yetişdirilməsi, yumurta istehsalına dair fikirləri yer alıb. Bu faktlar təqdim edilməlidir!
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sözügedən iddialara cavab verib.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan quşçuluq təsərrüfatlarının sahə birliyi olaraq M.Hüseynovadan əlində olan və broyler toyuğunun, yumurtasının insan orqanizminə zərərləri ilə bağlı dediklərini sübut edən faktları təqdim etməsini tələb edirlər:
"Bu zaman aşağıdakıların da açıqlanmasında təkid edirik: Broyler toyuqlarında zərərli maddələr, o cümlədən antibiotik və hormonal maddələrin olduğunu hansı laboratoriyada, nə zaman yoxlanma nəticəsində müəyyən edib? Broyler yumurtasının tərkibini hansı laboratoriyada və nə zaman yoxlayıb? Hər iki məhsulun insan orqanizminə iddia etdiyi zərərləri hansı tədqiqat nəticəsində üzə çıxıb? Bu tədqiqat hansı elmi institut tərəfindən aparılıb?".
"Bu açıqlamalar quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurur"
M.Həsənli onu da bildirib ki, quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurması, antireklam təbliğatı aparmasına görə M.Hüseynova barədə məhkəmə iddiası qaldıracaqlar.
"Çünki o xanım heç bir elmi tədqiqat, laborator analiz nəticələri təqdim etmədən broyler toyuğu və yumurtasında antibiotiklərin, hormonal dərmanların olduğunu iddia edib. Bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır. Dünyada indiyədək bu istiqamətdə hansısa zərəri sübut edən tədqiqat nəticəsi açıqlanmayıb. Bu halda M.Hüseynova iddia etdiyi məlumatları haradan alıb? Hansı tədqiqatlara istinadən Azərbaycan quşçuluq təsərrüfatlarının biznes imicinə, istehsal prosesinə zərbə vuran iddialarla çıxış edir? Axı bu sahədə on minlərlə insan çalışır və aldığı əmək haqqı ilə ailəsini saxlayır. Bu qədər insanın rifahını heç bir elmi tədqiqata, konkret fakta əsaslanmayan iddialarla təhlükəyə atmaq nə qədər məntiqlidir?", - deyə Mürvət Həsənli bildirib.
Broyler yumurtalarıın tərkibində hormonal dərmanlar varsa niyə ixrac zamanı üzə çıxmır?
M.Həsənli onu da deyib ki, quşçuluq sahəsi müxtəlif xəstəliklərə qarşı ən həssas sahələrdən biridir. Buna görə də bu sahədə müxtəlif dərman preparatlarından istifadə olunması bütün dünyada tətbiq olunan praktikadır:
"Bütün canlılarda qəbul edilən dərmanların orqanizmdən xaric olunması müddəti var. Tam məsuliyyətimlə bəyan edirəm ki, quşçuluq təsərrüfatlarında tətbiq olunan preparatların orqanizmdən xaric olunması müddətinə dair tələblərə tam əməl edilir, o müddət bitmədən heç bir toyuq kəsimə göndərilmir. Əks halda, Azərbaycan Qida Təsərrüfatı üzrə Dövlət Agentliyinin mütəmadi analizlərində qalıq maddələr dərhal üzə çıxar. Yumurtaya gəlincə, biz Azərbaycanın daxili bazarı ilə yanaşı, dünyanın 10-a yaxın ölkəsinə həm damazlıq, həm də süfrə yumurtası ixrac edirik. Bizim nəzarət edən qurumlarımızın fəaliyyətini heç sayırlarsa, bəs həmin ölkələrə nə olub? Yumurtada antibiotik, hormonal dərman olsun, həmin ölkələrin müvafiq qurumları bunu aşkarlamasın? Bu, absurddur axı. Belə absurd iddialarla çıxış edən özünü qidalanma mütəxəssisi adlandıran şəxs onları sübuta yetirən faktları, dəlilləri də təqdim etməlidir".
Broyler toyuqlar necə sürətlə böyüyür?
Qeyd edək ki, qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu günlərdə mətbuata açıqlamasında bildirib ki, royler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:
"Sənaye üsulu saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda tez çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar. Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər, insan orqanizminə eyni təsiri göstərir".
"Cinsi yetişkənliyə mənfi təsir edir"
Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:
"Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır".
Süni işıqlarla yumurtlama sayı artırılır
Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır:
"Həmin toyuqların yumurtlaması üçüm süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikro elementlər kənd yumurtasına görə daha aşağı olur. Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımından heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.