DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb

© AP Photo / Mike StewartABŞ-da seçki məntəqəsinin qarşısında plakat, arxiv
ABŞ-da seçki məntəqəsinin qarşısında plakat, arxiv - Sputnik Azərbaycan, 1920, 09.11.2024
Abunə olmaq
Erik Mamer bildirib ki, Avropa Komissiyası ABŞ-da keçirilən prezident seçkilərində heç kəsi dəstəkləməyib.
BAKI, 9 noyabr — Sputnik. Avropa Komissiyası bildirib ki, ABŞ-da keçirilən prezident seçkilərində namizədlərdən heç birinə üstünlük verməyib və seçkinin istənilən nəticəsinə hazır olub.
Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib: "İstər Aİ, istərsə də digər ölkələrdə seçkilərdə hər hansı namizədi dəstəkləmək bizim vəzifəmiz deyil... Bizim rolumuz bu seçkilərin istənilən nəticəsinə hazır olmaqdır".
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş Prezident Donald Tramp təmsil edib. Tramp seçənlərin əksəriyyətinii səsini qazanaraq ABŞ-ın 47-ci prezidenti olub.
Xəbər lenti
0