Tarixdə bu gün: 8 noyabr – FOTO
© Sputnik8 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 8 noyabr — Sputnik. Noyabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 8-də kimlər anadan olub?
Araz Ağalarov (1955) - Azərbaycan əsilli rusiyalı milyarder, "Crocus" şirkətlər qrupunun prezidenti və sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollar sərvətlə "Forbes"in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yeri tutub.
Araz Ağalarov
© Sputnik / Grigoriy Syisoev
/ VIII Lüdovik (1223-1226) – Fransa kralıdır.
İvan Bunin (1870-1953) – Rusiya yazıçısı, tərcüməçisi və ədəbiyyat üzrə "Nobel" mükafatı laureatıdır. O, "Arsenyevin həyatı" romanının, "Kənd", "Mityanın məhəbbəti" hekayələrinin müəllifidir.
© Sputnik / Михаил Дмитриевİvan Bunin
İvan Bunin
© Sputnik / Михаил Дмитриев
Jan Mare (1913-1998) - fransız aktyor, yazıçı, rəssam, heykəltəraş və kaskadyordur. Onun ən məşhur rolları "Orfey", "Qraf Monte-Kristo", "Fantomas əsəbiləşib", "Fantomas Skotland-Yarda qarşı" filmlərindədir.
© Getty Images / BettmannJan Mare
Jan Mare
© Getty Images / Bettmann
Alen Delon (1935) - Fransız teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüserdir. O, 1960-1980-ci illərin ən məhşur və sebilən kino ulduzudur. "Parlaq günəşdə", "Rokko və onun qardaşları", "Leopard", "Qara Lalə" filmlərindəki rolları ona populyarlıq gətirib.
© Vianney Le Caer / Invision / APAlen Delon
Alen Delon
© Vianney Le Caer / Invision / AP
Oleq Menşikov (1960) - Rusiyanın xalq artisti, teatr və kino aktyorudur. O, "Qoqol", "Psix", "Sizin şərəfiniz" və s. filmlərdə rol alıb.
Oleq Menşikov
© Sputnik / Ilya Pitalev
/ 8 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1793-cü ildə Parisdə milli incəsənət muzeyi kimi "Luvr" açılıb.
1895-ci ildə alman fiziki, Vürzburq Universitetinin Fizika İnstitutunun rəhbəri Vilhelm Konrad Rentgen ilk dəfə Rentgen aparatını kəşf edib.
1903-cü ildə Hollandiyada elektrokardioqraf ixtira edilib.
1961-ci il SSRİ Mərkəzi televiziyasında "Şən və hazırcavablar klubu" (KVN) verilişinin ilk buraxılışı yayımlanıb.
2016-cı ildə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Şuşi şəhərinin erməni işğalından azad edildiyini bəyan edib. Bu tarix respublikada Qələbə günü kimi qeyd olunur.