https://sputnik.az/20241108/lham-eliyevden-kovrek-paylasim-468597500.html
İlham Əliyevdən kövrək paylaşım
İlham Əliyevdən kövrək paylaşım
Sputnik Azərbaycan
Dövlət başçısı xalqa müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb. 08.11.2024, Sputnik Azərbaycan
2024-11-08T09:30+0400
2024-11-08T09:30+0400
2024-11-08T10:41+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
şuşa
qarabağ
ali baş komandan
azərbaycan silahlı qüvvələrinin ali baş komandanı
silahlı qüvvələrin ali baş komandanı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461456737_0:146:960:686_1920x0_80_0_0_0e43e43536708efcbcc16401caa4c73c.jpg
BAKI, 8 noyabr - Sputnik. Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.Paylaşımda qeyd olunub:Bu gün Azərbaycan xalqının müqəddəs yurd yerlərindən birinin, ölkənin mədəniyyət mərkəzinin, milli musiqimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Bu şəhəri qəhrəman Azərbaycan əsgərləri, Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri bir güllə atmadan, qayalıqları dırmanaraq, düşmənlə əlbəyaxa döyüşə girərək azad ediblər.Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovublar və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib.Lakin Ermənistan rəhbərliyi bunu təkzib ediblər. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlayıb və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləyib. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini etiraf ediblər.Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.Dövlət başçısı müraciətində bildirib:“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib:“Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:“Əziz Şuşa, sən azadsan!Əziz Şuşa, biz qayıtmışıq!Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461456737_0:56:960:776_1920x0_80_0_0_683b58be46d0623a82b410925f1a0bd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şuşa, qarabağ, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı, silahlı qüvvələrin ali baş komandanı
prezident ilham əliyev, şuşa, qarabağ, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı, silahlı qüvvələrin ali baş komandanı
İlham Əliyevdən kövrək paylaşım
09:30 08.11.2024 (Yenilənib: 10:41 08.11.2024) Dövlət başçısı xalqa müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb.
BAKI, 8 noyabr - Sputnik. Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.
“Zəfər tariximiz - Şuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Bu gün Azərbaycan xalqının müqəddəs yurd yerlərindən birinin, ölkənin mədəniyyət mərkəzinin, milli musiqimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Bu şəhəri qəhrəman Azərbaycan əsgərləri, Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri bir güllə atmadan, qayalıqları dırmanaraq, düşmənlə əlbəyaxa döyüşə girərək azad ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovublar və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib.
Lakin Ermənistan rəhbərliyi bunu təkzib ediblər. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlayıb və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləyib. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini etiraf ediblər.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
Dövlət başçısı müraciətində bildirib:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib:
“Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”