https://sputnik.az/20241108/knesset-srailin-yeni-nazirlerini-tesdiqledi-468599115.html
Knesset İsrailin yeni nazirlərini təsdiqlədi
Knesset İsrailin yeni nazirlərini təsdiqlədi
Sputnik Azərbaycan
Yeni nazirlərin təyin edilməsi 58 parlamentari tərəfindən dəstəklənib, müxalifət səsvermədə iştirak etməyib. 08.11.2024, Sputnik Azərbaycan
2024-11-08T11:56+0400
2024-11-08T11:56+0400
2024-11-08T12:43+0400
dünya xəbərləri
israil
knesset
benyamin netanyahu
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117802_0:160:3072:1888_1920x0_80_0_0_2c2708b978733651be05c73c959bda70.jpg
BAKI, 8 noyabr - Sputnik. Knesset (parlament) İsrael Katzın İsrailin yeni müdafiə naziri, Gideon Saarın isə xarici işlər naziri təyin edilməsini təsdiqləyib.Parlament iclası noyabrın 7-də axşam Baş nazir Binyamin Netanyahunun müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsi barədə qərarı qüvvəyə minəndən dərhal sonra başlayıb. Parlament Nazirlər Kabinetindəki dəyişiklikləri hökumətin qərarına uyğun olaraq, Saarın partiyası ilə "Yeni ümid - sağçı dövlətçilər" partiyalarının koalisiya sazişinin imzalanmasından sonra təsdiqləyib.Yeni nazirlərin təyin edilməsi 58 parlamentari tərəfindən dəstəklənib, müxalifət səsvermədə iştirak etməyib. Koalisiya sazişinə əsasən, "Yeni ümid - sağçı dövlətçilər" Partiyasından olan daha bir deputat Zeyev Elkin İsrailin şimalında və cənubunda ərazilərin bərpasına cavabdeh olan Maliyyə Nazirliyində nazir vəzifəsində təsdiq edilib.Çərşənbə axşamı axşam İsrailin Baş naziri Qalantı müdafiə naziri vəzifəsindən azad etmək və xarici işlər naziri İsrael Katzı onun yerinə təyin etmək qərarını açıqlayıb. Sonra Netanyahu portfelsiz nazir Gideon Saara Xarici İşlər Nazirliyinə rəhbərliyi təklif edib. Qalantın istefası 7 noyabr axşamı, nazirin Baş nazirin qərarı barədə bildirişindən 48 saat sonra qüvvəyə minib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117802_171:0:2902:2048_1920x0_80_0_0_7d2f462d0d7fcdf2cfaed6f228ad575f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, knesset, benyamin netanyahu
israil, knesset, benyamin netanyahu
Knesset İsrailin yeni nazirlərini təsdiqlədi
11:56 08.11.2024 (Yenilənib: 12:43 08.11.2024) Yeni nazirlərin təyin edilməsi 58 parlamentari tərəfindən dəstəklənib, müxalifət səsvermədə iştirak etməyib.
BAKI, 8 noyabr - Sputnik. Knesset (parlament) İsrael Katzın İsrailin yeni müdafiə naziri, Gideon Saarın isə xarici işlər naziri təyin edilməsini təsdiqləyib.
Parlament iclası noyabrın 7-də axşam Baş nazir Binyamin Netanyahunun müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsi barədə qərarı qüvvəyə minəndən dərhal sonra başlayıb.
Parlament Nazirlər Kabinetindəki dəyişiklikləri hökumətin qərarına uyğun olaraq, Saarın partiyası ilə "Yeni ümid - sağçı dövlətçilər" partiyalarının koalisiya sazişinin imzalanmasından sonra təsdiqləyib.
Yeni nazirlərin təyin edilməsi 58 parlamentari tərəfindən dəstəklənib, müxalifət səsvermədə iştirak etməyib.
Koalisiya sazişinə əsasən, "Yeni ümid - sağçı dövlətçilər" Partiyasından olan daha bir deputat Zeyev Elkin İsrailin şimalında və cənubunda ərazilərin bərpasına cavabdeh olan Maliyyə Nazirliyində nazir vəzifəsində təsdiq edilib.
Çərşənbə axşamı axşam İsrailin Baş naziri Qalantı müdafiə naziri vəzifəsindən azad etmək və xarici işlər naziri İsrael Katzı onun yerinə təyin etmək qərarını açıqlayıb. Sonra Netanyahu portfelsiz nazir Gideon Saara Xarici İşlər Nazirliyinə rəhbərliyi təklif edib. Qalantın istefası 7 noyabr axşamı, nazirin Baş nazirin qərarı barədə bildirişindən 48 saat sonra qüvvəyə minib.