https://sputnik.az/20241108/baki-cop29-a-hazirdir-tedbirin-kecirileceyi-mekan-bu-axsam-bmt-ye-tehvil-verilecek-468606630.html
BAKI COP29-a hazırdır: Tədbirin keçiriləcəyi məkan bu axşam BMT-yə təhvil veriləcək
BAKI COP29-a hazırdır: Tədbirin keçiriləcəyi məkan bu axşam BMT-yə təhvil veriləcək
Sputnik Azərbaycan
Azər Quliyev deyib ki, bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünən hər şey təkrar istifadə oluna bilən materiallardan... 08.11.2024, Sputnik Azərbaycan
2024-11-08T13:47+0400
2024-11-08T13:47+0400
2024-11-08T13:47+0400
cop29
bmt
bakı olimpiya stadionu
qlobal iqlim dəyişikliyi
birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468577962_0:156:3000:1844_1920x0_80_0_0_62cd4a17fcc594afaf47984d85331bdd.jpg
BAKI, 8 noyabr - Sputnik. “COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.Bunu jurnalistlərə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək: "Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır" (APA).Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbir 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468577962_167:0:2834:2000_1920x0_80_0_0_94ff3c71303caad5548ac6b8cf6c4077.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, bakı olimpiya stadionu, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
bmt, bakı olimpiya stadionu, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
BAKI COP29-a hazırdır: Tədbirin keçiriləcəyi məkan bu axşam BMT-yə təhvil veriləcək
Azər Quliyev deyib ki, bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünən hər şey təkrar istifadə oluna bilən materiallardan hazırlanıb.
BAKI, 8 noyabr - Sputnik. “COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.
Bunu jurnalistlərə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:
"Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır" (APA).
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcək.
Tədbir 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.