SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə arasındakı buzlar əriməyə başlayıb: Nazirlərdən eyhamlı mesajlar

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Hakan Fidan
Ceyhun Bayramov və Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 08.11.2024
Abunə olmaq
XİN başçısı arzu edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun.
BAKI, 8 noyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz qardaşım, təşəkkür edirəm!
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!"
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. O, bu barədə "X" sosial platformasında yazıb:
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm".
Bu gün Azərbaycan xalqını təbrik edənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və digər şəxslər olub.
Bundan başqa Ankaranın Esterqon və İstanbulun Qalata qüllələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Son dövrlərdə, xüsusilə İsraillə Fələstin arasında baş verən gərginlik fonunda iki qardaş ölkənin siyasi rəhbərliyi arasında sərin küləklər əsməyə başlayıb. Ərdoğanın Azərbaycan ərazilərinin işğaldan azad edilməsində Türkiyənin rolunu qabartması Azərbaycanın hakim dairələrində xoş qarşılanmayıb. İqtidar mediası Türkiyə prezidentinin fikirlərinə sərt sözlərlə reaksiya verib. Ərdoğan da öz növbəsində futbol matçını bəhanə gətirərək Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə qatılmaqdan imtina edib. Hər zamankından fərqli olaraq, Ərdoğanın Zəfər Günü münasibətilə İlham Əliyevə zəng etməməsi və təbrikini sosial şəbəkə üzərindən çatdırması da diqqətdən yayınmayıb.
Xəbər lenti
0