https://sputnik.az/20241107/cari-prezident-seckileri-abs-tarixinde-en-bahali-seckiler-oldu-468576436.html
Cari prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər oldu
Cari prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər oldu
Sputnik Azərbaycan
Respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər. 07.11.2024, Sputnik Azərbaycan
2024-11-07T14:39+0400
2024-11-07T14:39+0400
2024-11-07T14:41+0400
abş
dünya xəbərləri
abş-da prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468576268_0:160:3072:1888_1920x0_80_0_0_df56fd276fccab8190ebbbefc10cd9c5.jpg
BAKI, 7 noyabr — Sputnik. Sonuncu prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər olub. "Financial Times" bu barədə yazıb. Nəşrin məlumatına görə, respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər. "Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp Ağ Ev uğrunda yarışa birlikdə 3,5 milyard dollar xərcləyərək 2024-cü ildə keçirilən prezident seçkilərini ABŞ tarixində ən bahalı ümumi seçkiyə çeviriblər" - nəşr bildirib. Harris kampaniyası 1,9 milyard dollar, Tramp kampaniyası isə 1,6 milyard dollar xərcləyib. Bundan əlavə, partiya komitələri və "digər qruplar" vəsait toplayıblar. Bunu nəzərə alaraq, seçki yarışı üçün 4,2 milyard dollar toplanıb. Harris kampaniyası 2,3 milyard dollar, Tramp kampaniyası isə 1,8 milyard dollar qazanıb. "Seçki kampaniyalarına xərclənən bütün vəsaitin, təxminən yarısı reklam və mediaya xərclənib" - materialda deyilib. Bundan əvvəl Tramp Pensilvaniya ştatında seçicilərin kütləvi saxtakarlığa yol verdiyini açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/07/468576268_171:0:2902:2048_1920x0_80_0_0_1e64f402ca52ea5e2c7806a2cb9c0cfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, abş-da prezident seçkiləri
abş, abş-da prezident seçkiləri
Cari prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər oldu
14:39 07.11.2024 (Yenilənib: 14:41 07.11.2024) Respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər.
BAKI, 7 noyabr — Sputnik. Sonuncu prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər olub.
"Financial Times" bu barədə yazıb.
Nəşrin məlumatına görə, respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər.
"Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp Ağ Ev uğrunda yarışa birlikdə 3,5 milyard dollar xərcləyərək 2024-cü ildə keçirilən prezident seçkilərini ABŞ tarixində ən bahalı ümumi seçkiyə çeviriblər" - nəşr bildirib.
Harris kampaniyası 1,9 milyard dollar, Tramp kampaniyası isə 1,6 milyard dollar xərcləyib.
Bundan əlavə, partiya komitələri və "digər qruplar" vəsait toplayıblar. Bunu nəzərə alaraq, seçki yarışı üçün 4,2 milyard dollar toplanıb. Harris kampaniyası 2,3 milyard dollar, Tramp kampaniyası isə 1,8 milyard dollar qazanıb.
"Seçki kampaniyalarına xərclənən bütün vəsaitin, təxminən yarısı reklam və mediaya xərclənib" - materialda deyilib.
Bundan əvvəl Tramp Pensilvaniya ştatında seçicilərin kütləvi saxtakarlığa yol verdiyini açıqlamışdı.