Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bazar günləri Fəvvarələr meydanında cəmi bir valyuta dəyişmə məntəqəsi işləyir - Deputat

© AP Photo / Gregorio BorgiaDollar və avro əskinasları, arxiv
Dollar və avro əskinasları, arxiv - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Abunə olmaq
Siyavuş Novruzov təklif edib ki, yeni regional bankların, o cümlədən xarici ölkələrlə birgə bankların açılmasına baxılsın.
BAKI, 7 noyabr— Sputnik. "Azərbaycanda verilən bank kreditlərinin müddəti və illik faiz dərəcəsi kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir".
Bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat təklif edib ki, bu məsələlərə baxılsın: "Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Yeni regional bankların, o cümlədən xarici ölkələrlə birgə bankların açılmasına baxılmalıdır".
© Sputnik / Murad OrujovSiyavuş Novruzov
Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Siyavuş Novruzov
Deputat onu da deyib ki, Azərbaycanda az sayda valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir: "COP29-la bağlı ölkəyə 100 min insan gələcək. Bazar günləri isə Fəvvarələr meydanında cəmi 1 valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir. Belə çıxır ki, minlərlə adam valyuta dəyişmək üçün növbəyə durmalıdır. Yeni valyuta məntəqələri həm də yeni iş yerləri deməkdir".
S.Novruzov həmçinin təklif edib ki, banklar əldə etdikləri gəlirlərdən aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə dəstək olsun: "Heç olmasa hər bank ən azı 10 belə ailəyə dəstək olsun. Bu təcrübə bir çox ölkələrdə var".
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08–13 noyabr 2024–cü il tarixlərində bankların və “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi, “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
"Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək", - məlumatda bildirilib.
Xəbər lenti
0