Tarixdə bu gün: 6 noyabr – FOTO
© Sputnik6 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 6 noyabr — Sputnik. Noyabrın 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 6-da kimlər anadan olub?
Sultan Süleyman Qanuni (1520-1566) - Osmanlı İmperiyasının onuncu sultanı olub. Onun hakimiyyəti dövründə Osmanlı İmperiyası Avropa, Yaxın Şərq və Aralıq dənizindəki ərazilərini əhəmiyyətli dərəcədə genişləndirib.
© Sputnik / Irade JELILSüleymaniyə məsçidində yerləşən türbədə Qanuni Sultan Süleyman və övladlarının məzarları
Süleymaniyə məsçidində yerləşən türbədə Qanuni Sultan Süleyman və övladlarının məzarları
© Sputnik / Irade JELIL
Pyotr Çaykovski (1840-1893) - Rusiya bəstəkarı, dirijoru və müəllimidir. Onun irsinə müxtəlif janrlı əsərlər - on opera, üç balet, yeddi simfoniya, 104 romans, bir sıra proqram simfonik əsərlər, xor əsərləri, kantatalar və s. daxildir.
© Sputnik / Юрий КаверPyotr Çaykovski
Pyotr Çaykovski
© Sputnik / Юрий Кавер
Çarlz Dou (1851-1902) - ABŞ jurnalistidir. O, bazar hərəkəti tədqiqi zamanı məşhur Dou Cons sənaye indeksini inkişaf etdirib.
© AP PhotoÇarlz Dou
Çarlz Dou
© AP Photo
Dmitri Mamin-Sibiryak (1852-1912) - rusiyalı nasir və dramaturqdur. O, "Dağ yuvası", "Burulğan", "Publikanın sevimlisi", "Qızıl" və s. əsərlərinin müəllifidir.
© Sputnik / Олег ИгнатовичDmitri Mamin-Sibiryak
Dmitri Mamin-Sibiryak
© Sputnik / Олег Игнатович
Karan d'Aş (1858-1909) - Rusiya və Fransa karikaturçu rəssamıdır. Onun əsl adı Emmanuil Yakovleviç Puaredir. O, komiks və animasiya janrlarının yaradıcılarından biri hesab olunur.
İtan Houk (1970) - ABŞ aktyoru, yazıçısı və rejissorudur. O, "Oskar", "Qızıl Qlobus", BAFTA və "Toni" mükafatlarına namizəd olub. Aktyor "Sübhdən əvvəl", "Böyük ümidlər", "Qara telefon" və digər filmlərdə rol alıb.
© AP Photo / Andy Kropa / Invisionİtan Houk
İtan Houk
© AP Photo / Andy Kropa / Invision
Yana Çurikova (1978) – rusiyalı teleaparıcı, jurnalist və aktrisadır. O, Birinci Kanalda "Ulduz fabriki" verilişinin aparıcısı və "Paramount Global" holdinqinin gənclər və musiqi yayımı kanallarının rəhbəri olub.
Emma Stoun (1988) - ABŞ aktrisasıdır. O, "Oscar", BAFTA və "Qızıl Qlobus" da daxil olmaqla çoxsaylı mükafatların qalibidir. Emma Stoun 2017-ci ildə dünyanın ən çox maaş alan aktrisası olub. O, "Kağız evi", "Yeni hörümçək adam", "Bu axmaq məhəbbət" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© AP Photo / Matt SaylesEmma Stoun
Emma Stoun
© AP Photo / Matt Sayles
6 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1844-cü ildə Dominikan Respublikasının Konstitusiyası qəbul edilib.
1860-cı ildə Avraam Linkoln Respublikaçılar Partiyasından ABŞ-ın 16-cı prezidenti seçilib.
1919-cu ildə Londonda Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin təsdiqi elan edilib.
1991-ci ildə Rusiya Prezidenti Boris Yeltsinin fərmanı ilə Sovet İttifaqı Kommunist Partiyasının və RSFSR Kommunist Partiyasının ölkədə fəaliyyəti qadağan edilib.
1926-cı ildə Azərbaycanda radio yayımının başlanğıcı olub. Bu gün paytaxtın küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə olaraq "Damışır Bakı" ifadəsi edilib. Bu, respublikanın siyasi və mədəni həyatında böyük hadisə olub.