https://sputnik.az/20241106/seherden-kende-layihesi-cercivesinde-sehid-ovladlari-ucun-aqrotur-teskil-olunub---foto-468546588.html
"Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub - FOTO
"Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub - FOTO
Sputnik Azərbaycan
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan... 06.11.2024, Sputnik Azərbaycan
2024-11-06T22:25+0400
2024-11-06T22:25+0400
2024-11-06T22:25+0400
kənd təsərrüfatı nazirliyi
cəmiyyət
kənd
şəhər
şəhid ailələri
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468546087_0:160:3072:1888_1920x0_80_0_0_1efd841731b7025cebf9df994ac1c126.jpg
BAKI, 6 noyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Aqrar tədarük və təchizat" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladları üçün Lənkəranın İstisu qəsəbəsində yerləşən "Sitrus vadisi" təsərrüfatına aqrotur təşkil edilib. Nazirlikdən bildiriblər ki, təsərrüfat sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib. Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib. Sonda "Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib. Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır. Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468546087_171:0:2902:2048_1920x0_80_0_0_e2622a7b2890ced730a28ab188c77af5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənd təsərrüfatı nazirliyi, kənd, şəhər, şəhid ailələri
kənd təsərrüfatı nazirliyi, kənd, şəhər, şəhid ailələri
"Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub - FOTO
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
BAKI, 6 noyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Aqrar tədarük və təchizat" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladları üçün Lənkəranın İstisu qəsəbəsində yerləşən "Sitrus vadisi" təsərrüfatına aqrotur təşkil edilib.
Nazirlikdən bildiriblər ki, təsərrüfat sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib. Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib. Sonda "Şəhərdən Kəndə" layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.